Qərbi Azərbaycan İcması həqiqətlərin təbliği istiqamətində ardıcıl aparır

 

 

Soydaşlarımızın Qərbi Azərbaycandan, öz dədə-baba yurdlarından XVIII əsrdən başlanan məcburi köçürülmələri - deportasiya olunmaları üçüncü mərhələdə - 1988-1992-ci illərdə başa çatdı.

Etnik təmizləmə zəminində aparılan deportasiyalar xüsusi amansızlıqla, qəddarcasına, genosidlə, kütləvi qırğınlarla həyata keçirildi. Azərbaycanlıların deportasiyası zamanı Ermənistan hakimiyyət orqanlarının özbaşınalığı, soydaşlarımıza qarşı düşmənçilik fəaliyyəti, kütləvi zorakılıqlar, Azərbaycan SSR- bu qədər insanın yerləşdirilməsi üçün ərazinin düzgün seçilməməsi günahsız insanların ölümə məhkum edilməsi ilə nəticələndi.

1923-cü ildə Azərbaycanın tarixi-coğrafi bölgəsi olan Qarabağın dağlıq hissəsi, süni şəkildə regionun düzənlik hissəsindən ayrılaraq muxtariyyətləşdirildi - Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılsa da, Ermənistan SSR- yaşayan azərbaycanlılara müvafiq status verilmədi. Azərbaycanlılar siyasi strukturlaşdırmadan kənarda qaldı. Bununla da Ermənistan muxtariyyətləşdirilmədən kənarda qalan azərbaycanlıları sıxışdırmaq üçün əlverişli imkan əldə etdi. Eyni zamanda Azərbaycanın DQMV-nin timsalında muxtar status almış erməniləri separatizmə təhdid etməyə başladı.

SSRİ dövründə Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında SSRİ rəhbərliyi qarşısında müxtəlif illərdə məsələ qaldırılsa da, ermənilər istədiklərinə nail ola bilmədilər. Onların Qarabağ iddiası uğursuzluğa düçar oldu. Belə bir məqamda  antiazərbaycançı siyasət daha da qızışdırıldı. 1987-ci ildə SSRİ rəhbərliyinin yaxından köməyi ilə "Dağlıq Qarabağ məsələsi" yenidən gündəliyə gətirildi. 1988-ci ilin əvvəllərində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını reallaşdırmaq məqsədi ilə Ermənistan SSR- yaşayan azərbaycanlıların deportasiyasına növbəti dəfə əl atıldı. Deportasiya elə bir amansız miqyas aldı ki, 1988-1989-cu illərdə Ermənistan SSR- yaşayan 250 min nəfərdən çox azərbaycanlı tarixi torpaqlarını tərk etdi soyqırımına məruz qaldı. Ermənilərin təzyiqinə üç ilədək davam gətirən sonuncu azərbaycanlı yaşayış məskəni - Nüvədi kəndi 1991-ci ilin avqustunda boşaldıldı.

Öz mənfur niyyətlərini Qərbi Azərbaycanda reallaşdıran ermənilər havadarlarının köməyi ilə  Azərbaycanın Dağlıq Qarabağ bölgəsini daha 7 rayonu, bütövlükdə isə respublikamızın ərazisinin 20 faizindən çoxunu işğal etdi. Bununla kifayətlənməyən ermənilər Ermənistanda soydaşlarımıza məxsus tarixi yer adlarını kütləvi surətdə dəyişdirib, azərbaycanlılara məxsus mədəni abidələri, məscidləri, qəbiristanlıqları kütləvi surətdə məhv etdilər.

1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. 1976-cı 1988-ci illərdə  nəşr olunmuş "Ermənistan SSR-in inzibati-ərazi bölgüsü" kitabı, habelə Ermənistan SSR Ali Sovetinin 9 aprel 1991-ci il tarixli fərmanı 2000-ci ildə İrəvanda çap edilən Ermənistan Respublikasının xəritəsi qeydlərimizi təsdiq edir.

Hələ SSRİ dövründə ad dəyişməklə yanaşı, Ali Sovetin fərmanı ilə yaşayış kəndlərini birləşdirmək adı altında yüzlərlə Azərbaycan kəndinin adı Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinmişdir. Məsələn, Ermənistan SSR Ali Sovetinin 5 fevral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Qufaark), Ağtala (Kamo), Rəhimabad (Masis), Qamışlı (Vardenis) kəndlərinin adları siyahıdan çıxarılmışdır. 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma məruz qoyulmaqla, deportasiya edilməklə s.) siyahıdan silinmişdir. Azərbaycana deportasiya zamanı olmazın zülmünü sitəmini görmüş soydaşlarımızın həyatının təhlükəsizliyi üçün bütün tədbirləri gördü. Qərbi Azərbaycandan məcbur köçürülmüş soydaşlarımız ölkəmizin həyatının bütün sahələrinə inteqrasiya olundu, onun sosial-iqtisadi, siyasi mədəni yüksəlişində fəal iştirak etdi. Minillər boyunca Qərbi Azərbaycanda yaradılmış tarixi ənənələr, zəngin mədəni irs, folklor nümunələri Ermənistanın bütün cəhdlərinə baxmayaraq, yer üzündən silinmədi, yeni tarixi şəraitdə varlığını qoruyub saxlayaraq davam etdirildi. Eyni zamanda öz dədə-baba yurdlarından zorla köçürülən soydaşlarımız tarixi torpaqlarına qayıtmaq ümidlərini itirmədilər. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyini yaradaraq haqq səslərini dünya ictimayyətinə, beynəlxalq təşkilatlara çatdırmaq uğrunda mübarizəyə başladılar.

Vətən müharibəsində qazandığımız zəfərdən sonra öz doğma torpaqlarına qayıdacaqlarının daha real olduğuna inanan ziyalılar, ağsaqqallar, sənət adamları, 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncaqda birliyin Qərbi Azərbaycan İcması adı ilə fəaliyyət göstərməsi haqqında qərar qəbul etdilər. Qərbi Azərbaycan İcmasının məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ edilməsi tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi birgəyaşayışa nail olunmasından ibarətdir. Qərbi Azərbaycan İcması qaçqınların problemləri ilə məşğul olan yeganə ictimai qurumdur. Orada 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktlar sənədlər saxlanılır. Həmin illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb hazırda bu işlər davam etdirilir. Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.

Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi yurdlarına qayıtması Vətən müharibəsində əldə olunan Zəfərdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu problemin konsepsiyasını tərtib edən icmanın qısa zamanda müəyyən uğurlara imza atması qürurvericidir. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi yayılması icmanın uğurlu fəaliyyəti ilə yanaşı, 190-dan çox ölkənin məsələ barədə xəbərdar olması deməkdir.

Bu gün icma beynəlxalq strukturlar, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, İnsan Hüquqları Komissarlığı kimi bir çox beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət əsasında siyasi mülki hüquqlar konvensiyası, qaçqınlarla bağlı olan beynəlxalq paktlar konvensiyalar kimi xeyli beynəlxalq sənədlər əsasında Qərbi Azərbaycandan məcburi köçürülmüş soydaşlarımızın ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtma hüquqlarını Ermənistan hökumətindən tələb edir. Bu məqsədlə icmanın vəzifələri hüquqları müəyyən edilib. 6 oktyabr 2023-cü ildə Qərbi Azərbaycan İcması nümayəndəsi Kamal Cəfərov Cenevredə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İcraiyyə Komitəsinin, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının "Cenevrə Geostrateji Observatoriyası" təşkilatının məsul şəxsləri ilə görüşlər keçirərək azərbaycanlıların Ermənistana qayıdışı reinteqrasiyası məsələlərini müzakirə edib. 23 oktyabr 2023-cü ildə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç Qərbi Azərbaycan İcması rəhbərliyi icmaya daxil olan azərbaycanlılarla görüş keçirib. Görüşdə azərbaycanlıların Ermənistana qayıdışı məsələsi müzakirə edilib. Miyatoviç qayıdış məsələsinin siyasi iradə tələb etdiyini bildirmiş, bu məsələlərlə bağlı özünün səlahiyyətlərinə uyğun olaraq işləyəcəyini qeyd etmişdir.

Bu günlərdə Qərbi Azərbaycan İcmasının hesabat yığıncağında çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki,  hesabat dövründə yerli icmalar ata-baba yurdlarımıza geri qayıdış uğrunda Qərbi Azərbaycan İcmasının ətrafında sıx birləşməyə birgə çalışmağa davam ediblər. Bu ilin 6 ayı ərzində yerli icmalar tərəfindən təşkilatlanma, strukturların formalaşdırılması, əhali qrupları ilə əlaqələrin yaradılması, onların arasında kommunikasiyanın gücləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində birlikdə, ardıcıl məqsədyönlü şəkildə tədbirlər həyata keçirilib. O qeyd edib ki, təşkilatlanma ilə yanaşı, ən vacib məsələlərdən biri 1987-1991-ci illərdə Ermənistan SSR-dən qovulmuş, geri qayıdış hüquqlarından məhrum edilmiş azərbaycanlı əhalinin siyahısının tərtib olunması, onların şəhərlər, rayonlar, qəsəbələr, kəndlər, ailələr üzrə təsnifatlaşdırılması işləri, demək olar ki, tam başa çatdırılıb.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 4 iyul (№ 137).- S.7.