Azərbaycan "yaşıl enerji" hədəflərinə daha tez çatacaq

 

 

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası müasir milli enerji siyasətinin "yaşıl artım"ı hədəfləyən prioritetləri COP məqsədləri ilə üst-üstə düşür. COP29-a sədrliyi  uzun illərdir qazıntı yanacağı üzrə etibarlı tərəfdaş olan ölkəmizin dünyada təhlükəsiz ədalətli enerji keçidindəki rolunu  daha da gücləndirir.

Bu, İtaliyanın Milan şəhərində "Yaşıl Enerji" Keçidi Konqresi çərçivəsində keçirilən nazirlər panelində bir daha vurğulanıb. Bildirilib ki, 1300 meqavatlıq günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması 100 meqavat külək enerjisi layihəsinin hərracı ilə bağlı bu ilə olan planlarımız uğurla reallaşır.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov sözügedən tədbirdə əsas məruzəçi olaraq COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair çıxış edib. Diqqətə çatdırıb ki, bu gedişatla 2030-cu ilə 30 faizlik hədəfimizə daha tez nail olacağıq. 2027-ci ilədək 2 milyard dollardan çox investisiya dəyərində 2 qiqavatadək günəş-külək elektrik stansiyalarının inşası bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 33 faizə yüksəldəcək.

Bəli, hədəflərimizə doğru inamla irəliləyirik. Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji zonası" elan edilmiş Qarabağ Şərqi Zəngəzur, eləcə Naxçıvanın sıfır emissiyaya malik ərazilər kimi inkişafı, ilkin mərhələdə 5 qiqavatdan çox "yaşıl elektrik" "yaşıl qaz"ların ixracı məqsədilə "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa", həmçinin Qazaxıstan Özbəkistandan enerjinin ötürülməsi üçün "Azərbaycan-Mərkəzi Asiya-Avropa" "yaşıl enerji" dəhlizlərinin yaradılması dekarbonizasiya iqlim məsələlərində ölkəmizi regionda önə  çıxarır.

"Yaşıl gündəliy"imizdəki  çoxsaylı tədbirlərdən bəzilərini xatırlatmaq kifayətdir.  Keçən il oktyabrın 26-da 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası işə salındı. Obyektin təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi. Prezident stansiyanın açılışında da iştirak etdi.

"Qaradağ" Xəzər regionunda MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

"Qaradağ"ı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti tikib bu şirkətlə ölkəmizin əməkdaşlığı uğurla davam edərək getdikcə daha da genişlənir. Məsələn, bu il  iyunun əvvəlində  keçirilən  Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Neftçala, Biləsuvar Günəş-Elektrik stansiyalarının Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular.

2022-ci il yanvarın 13-də Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiyanın gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq il ərzində 400 min ton karbon qazının atmosferə atılması azaldılacaq.

Bu ilin aprelində isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə  "ACWA Power" şirkəti arasında yeni bir saziş - "yaşıl gübrə"lərlə bağlı əməkdaşlıq sazişi imzalanıb.  Bu  sənəd "Aşağı karbonlu yaşıl gübrə" layihəsi çərçivəsində "yaşıl gübrə"lərin (əsasən karbamid olaraq) potensial istehsalı sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutur. Sazişə əsasən, "ACWA Power" şirkəti "Aşağı karbonlu yaşıl gübrə" layihəsinin bərpaolunan enerji "yaşıl hidrogen"in istehsalına aid olan hissələrində aparıcı rol oynayacaq.

Qarabağ Şərqi Zəngəzur da getdikcə daha çox "yaşıl işıq"dan bəhrələnəcək. Hazırda Cəbrayıl rayonunda  BP şirkəti "Şəfəq" layihəsi çərçivəsində fotovoltaik (PV) günəş-elektrik stansiyasının yaradılması üzrə işlər aparır. Layihə üzrə tikinti işlərinin bu ilin ikinci yarısında başlanacağı təxminən 18 ayadək davam edəcəyi gözlənilir. "Şəfəq" stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək 240 meqavat dəyişən cərəyan gücünə malik olacaq.

Bakı Enerji Həftəsinin açılışındakı çıxışında  Prezident İlham Əliyev  demişdir: "Qarabağ Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var bu ehtiyac davam edəcəkdir".

Bu ərazilərdə artıq neçə-neçə enerji obyektləri ya əsaslı təmir olunub, ya da yenidən tikilib. Təkcə  2023-cü ildə Qarabağ Şərqi Zəngəzurda "Azərenerji" ASC tərəfindən 12 yerdə tikilən yarımstansiya su-elektrik stansiyalarının açılışı olub.

Naxçıvan Muxtar Respublikasında da  həm günəş, həm külək, eyni zamanda su-elektrik stansiyalarının inşası üçün böyük potensial var. Gələcəkdə  buradan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaq.

Bunlar görülmüş işlərin nəzərdə tutulan tədbirlərin yalnız bir qismidir. Onların getdikcə şaxələnəcəyinə isə şübhə yoxdur. Azərbaycanın energetika naziri   Milandakı çıxışında məhz bunu vurğulamışdır: "COP29-un əsas mövzusunun maliyyə olduğunu nəzərə aldıqda, bu tədbirin bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması ədalətli enerji keçidinə nail olunmasını sürətləndirəcək platforma olacağına inanırıq. Bu aspektdə, elektrik şəbəkələrinin gücləndirilməsini, enerji saxlanma imkanlarının genişlənləndirilməsini, hidrogen istehsalının artırılmasını, müvafiq istiqamətlər, o cümlədən HVDC infrastrukturu, enerji səmərəliliyi üzrə investisiyaların bir neçə dəfə artırılmasını təmin edəcək yeni təşəbbüs hədəflərə ehtiyac var".

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 4 iyul (¹ 137).- S.8.