Muxtar
Babayev: Biz maliyyə planları, büdcələri və hədəfləri ilə
dəstəklənən etibarlı
keçid yollarını
qəbul etməliyik
Ətraf mühit,
sosial və idarəetmədə (ESG), o cümlədən
dayanıqlı inkişafda
özəl sektorun öz ambisiyalarını yüksəltməsi və
kollektiv tərəqqimiz
üçün davamlılıq
öhdəliklərini sürətləndirməsi
lazımdır.
AZƏRTAC xəbər
verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər
naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev
"Dayanıqlı inkişaf naminə dövlət-özəl
tərəfdaşlığı” mövzusunda keçirilən
Ətraf Mühit, Sosial və İdarəetmə Sammitində
videobağlantı zamanı deyib.
"Biz birgə
işləməklə dövlət və özəl
qurumların ESG-nin həyata keçirilməsində
anlayışlar, strategiyalar və ən yaxşı təcrübələri
paylaşa biləcəyi əməkdaşlıq mühitini
inkişaf etdirmək səylərini dəstəkləyə
bilərik. Ortaq problemlərimiz
üçün işlək
həll yolları tapılması məqsədilə
özəl sektora ehtiyacımız var. Biz maliyyə planları, büdcələri
və hədəfləri
ilə dəstəklənən
etibarlı keçid yollarını qəbul etməliyik. Ümid edirik ki, şirkətlər
kapitalı necə bölüşdürdükləri və investisiya qərarlarının iqlim
məqsədlərimizə uyğun olmasını necə təmin etdiklərini göstərə
biləcək şəkildə
COP29-a hazır gələ
bilərlər.
İqlimə müsbət
təsir göstərən
iqtisadi modellər yarada bilmək məqsədilə yaşıl
kapital bazarlarını
dərinləşdirmək üçün maliyyə
xidmətləri sənayesinə
ehtiyacımız var”,
- deyə M.Babayev qeyd edib.
Azərbaycan.-2024.-
4 iyul (№ 137).- S.8.