Brüsseldə
“COP29: Yaşıl dünya
naminə həmrəylik”
adlı konfrans təşkil olunub
İyulun 2-də Azərbaycanın
Belçikadakı səfirliyi
külək enerjisi və onun texnologiyaları
üzrə ixtisaslaşmış
aparıcı şirkətləri
özündə birləşdirən
“WindEurope” assosiasiyası
ilə birlikdə Brüsseldə “COP29: Yaşıl
dünya naminə həmrəylik” adlı konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, Avropanın
külək, günəş
və hidrogen enerjisi şirkətlərinin
təmsilçilərinin, Avropa
İttifaqı rəsmilərinin
və diplomatik missiyaların nümayəndələrinin
iştirak etdikləri
konfransın panel müzakirələrində Azərbaycanın
energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov, Avropa Komissiyasının İqlim fəaliyyəti üzrə baş idarəsinin (DG CLIMA) baş
direktoru Kurt Vandenberqhe, Enerji üzrə baş idarəsinin (DG ENER) baş
direktoru müavini Metyu Baldvin, Qonşuluq və genişlənmə danışıqları
üzrə baş idarəsinin (DG NEAR) direktoru
Adrienn Kiraly, “WindEurope”un baş icraçı direktoru Giles Dickson və
“Hydrogen Europe”un baş direktoru Jorgo Chatzimarkakis çıxış ediblər.
Moderator Laura Şieldsin və auditoriyanın suallarını
cavablandıran məruzəçilər
COP29-un fəaliyyət gündəliyi
və danışıqlar
strategiyası, iqlim diplomatiyası, enerji keçid prosesinin maliyyələşdirilməsi, inkişaf etməkdə olan ölkələrə
dəstək, bərpaolunan
enerjinin, habelə enerji səmərəliliyin
artırılması üzrə
hədəflər, inkişaf
etməkdə olan ölkələrdə bərpaolunan
enerji sənayesinin üzləşdiyi əsas
problemlər və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi üçün
potensialın yaradılması
təşəbbüsləri kimi məqamlara toxunublar.
Brüsselə işgüzar
səfəri çərçivəsində
COP29-un baş icraçı
direktoru Elnur Soltanov, həmçinin Beynəlxalq Enerji Xartiyasının baş katibi vəzifəsini icra edən Atsuko Hirose, “Blockchain” və iqlim institutunun (BCI) baş direktoru Alastair Marke ilə görüş keçirib.
Azərbaycan.-2024.-
4 iyul (¹ 137).- S.8.