“Əl
Ayn” nəşri COP29 haqqında geniş məqalə dərc edib
Ərəb ölkələrində
geniş oxucu kütləsinə malik olan “Əl Ayn”
nəşrinin elektron
versiyasında jurnalist
Mustafa Şabanın “Dubaydan Bakıya...Azərbaycanda keçiriləcək
COP29 konfransı haqqında
məlumatlar” sərlövhəli
geniş məqaləsi
dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə
COP28-dən COP29-a qədər olan müddətdə istixana qazlarının emissiyasını azaltmaq üçün beynəlxalq
fəaliyyətin və
qlobal səylərin iddialı proqramlarla davam etdiyi, eyni
zamanda, maliyyələşdirmə
probleminin əsas mövzu olaraq qaldığı qeyd edilir.
Müəllif yazır
ki, 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda
keçiriləcək Birləşmiş
Millətlər Təşkilatının
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) iqlim dəyişikliyi
ilə mübarizənin
maliyyələşdirilməsi probleminin həlli baxımından həlledici
olacaq. “Bakı konfransının iqlimlə
bağlı problemlərin
maliyyələşdirilməsi problemini həll edəcəyi gözlənilir.
Belə ki, COP29 sessiyalarının fəaliyyəti
maliyyə problemlərinin
həllinə və
COP28-də əldə edilən
razılaşmaları tamamlamağa
yönəldiləcək. Dubay
konfransı başa çatana qədər maliyyə resursları 700 milyon dollardan çox olan Zərər Fondu ilə bağlı müzakirələr də
aparılacaq. Beynəlxalq
iqtisadi qurumların hesabatlarında iqlim dəyişikliyindən ən
çox təsirlənən
ölkələrə dəstək
üçün tələb
olunan məbləğin
400 milyard dollardan 1 trilyon dollara qədər artırılacağı
gözlənilir. Hökumətlər
artıq razılaşıblar
ki, yeni hədəf ildə minimum 100 milyard dollardan başlayacaq və ilk növbədə,
inkişaf etməkdə
olan ölkələrin
ehtiyacları və prioritetləri nəzərə
alınacaq”.
Məqalədə bildirilir
ki, maliyyələşdirmənin
əlçatan və
sərfəli olması
və inkişaf etmiş ölkələrin
bu məqsədlər
üçün daha çox vəsait ayırması COP29-un diqqət
mərkəzində olmalıdır.
Mustafa Şaban
daha sonra yazır: “Ötən ay keçirilən Bonn iqlim konfransı
COP29 üçün kompas
rolunu oynadı. BMT-nin iqlim üzrə
rəhbəri Saymon Stil həmin tədbirdə bildirib ki, qlobal iqlim
dəyişikliyinin şiddəti
artdıqca, Bakıda
“iddialı nəticələr
əldə etmək üçün sıldırım
dağa dırmaşmaq
lazım gələcək”.
O əlavə edib ki, maliyyələşdirmə
səylərini sürətləndirməyə
təcili ehtiyac var, həm də
builki məsələlər
gələn ilə qədər təxirə salına bilməz. Çünki iqlim böhranının hər
bir ölkənin insanları və iqtisadiyyatları üçün
fəsadları getdikcə
pisləşir”.
Müəllif qeyd
edir ki, 2009-cu ildən bəri sənayeləşmiş ölkələr
inkişaf etməkdə
olan ölkələrə
hər il milyardlarla dollar vəsait ayırmağı
vəd ediblər. Bu vədlər 2015-ci il Paris İqlim Sazişi fonunda artıb, amma onun icra müddəti
2025-ci ilə qədər
uzadılıb. 2022-ci ildə
100 milyard dollarlıq baryerin keçilməsi isə mühüm nəticə sayıla bilər.
Məqalədə diqqətə
çatdırılıb ki,
Azərbaycanın ekologiya
və təbii sərvətlər naziri,
COP29-un müəyyən olunmuş
prezidenti Muxtar Babayev bütün ölkələri Bakıda
keçiriləcək iqlim
konfransına hazırlıqla
bağlı anlayış
və həmrəylik
nümayiş etdirməyə
çağırıb.
Müəllif daha
sonra yazıb: “Hətta ABŞ dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisi Ceyms
O'Brayn Bakıda keçirdiyi brifinqdə
COP29-un iqlim dəyişikliyi
ilə bağlı kritik təşəbbüsləri
irəli sürmək
baxımından mühüm
fürsət olduğunu
vurğulayaraq, ölkəsinin
konfransa güclü dəstəyini ifadə edib. Eyni zamanda,
Azərbaycan Prezidenti İlham Əliyev ötən ay keçirilən regional konfransda COP29-un əsas mövzularını açıqlayıb.
Dövlət başçısı
qeyd edib ki, onların arasında iqlim dəyişikliyinin mənfi
nəticələrindən ciddi şəkildə təsirlənən kiçik
ada dövlətlərinin
üzləşdiyi problemlərin
həlli prioritet məsələlərdən biri
olacaq. Bakı konfransında 2025-ci ildən
sonra iqlim maliyyəsi üzrə yeni, konkret kollektiv
hədəfin razılaşdırılması
üzrə danışıqlar
da aparılacaq”.
Jurnalist məqalənin
sonunda yazıb: “Azərbaycan Prezidenti hesab edir ki,
ölkəsinin bu mötəbər konfransa ev sahibliyi etməsi
dünya ölkələri
arasında körpülərin,
etimad və həmrəyliyin qurulmasına
töhfə verəcək.
Azərbaycan Qlobal Cənubu təmsil edir və Qoşulmama
Hərəkatına uğurla
sədrliyi dövründə
- 2019-2023-cü illərdə Avropa İttifaqı ölkələri ilə güclü əlaqələr
qurub. Bakı, həmçinin Qlobal Cənub və Qlobal Şimal arasında iqlim dəyişikliyi ilə bağlı həmrəyliyi
gücləndirməyə çalışacaq.
Bütün bu fəaliyyətlər COP29-un uğurunun
rəhni olacaq və Azərbaycan qlobal iqlim dəyişikliyi
ilə mübarizəyə
mühüm töhfə
verəcək. Bunu əvvəlcədən əminliklə
bildirmək olar”.
Azərbaycan.-2024.-
4 iyul (¹ 137).- S.8.