Prezidentin çağırışına cavab gecikmədi

 

 

İş adamları Qarabağ Şərqi Zəngəzurun dirçəldilməsində fəal iştirak edirlər

 

 

 

Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi fövqəladə qəhrəmanlıq düşmənə ağır zərbə vurub işğalda olan torpaqları cəmi 44 gün ərzində azad etməsi bütün dünyanı heyrətləndirdi. Dost da, düşmən gördü ki, xalqımız Vətənin bütövlüyü üçün hər cür fədakarlığa hazır qabildir.

Azərbaycan qələbədən sonra da dünyanı heyrətləndirməyə davam edir. Bu dəfə işğal altında olmuş ərazilərin yenidən qurulması, dirçəldilməsi sahəsində. Həmin dağıntıları görən hər kəs buraların bərpasının mümkün olduğuna inana bilmirdi. Üstəlik, düşmən hər qarış torpağımıza mina basdırmışdır ki, bu da bərpa işlərini daha da  çətinləşdirirdi. Ancaq xalqımız bu çətinliyin öhdəsindən bacarıqla gəlir. Təkcə Füzuli Beynəlxalq Hava Limanının 8 aya tikilməsi Azərbaycan dövlətinin xalqının qüdrətini bütün dünyaya göstərdi. Göstərdi ki, Prezident İlham Əliyevin Qarabağ Şərqi Zəngəzuru qısa müddətdə yenidən cənnətə çevirmək hədəfi arzu yox, reallıqdır. İndiyədək görülən işlər, icra edilən nəhəng layihələr göstərir ki, dövlət başçısının rəhbərliyi ilə xalqımız bu regionları nəinki ölkəmizin, hətta dünyanın həsəd apardığı bir məkanına çevirir.

Məlumdur ki, 30 il ərzində dağıdılan, daşı üstə daş qalmayan, xarabazarlığa çevrilən torpaqlarda çox görülməlidir. O üzdən dövlət başçısı yerli xarici sahibkarları Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işlərində iştirak etməyə çağırdı. Dövlət başçısının dəvəti sahibkarlar tərəfindən məmnuniyyətlə qəbul olundu. Hazırda bu iki iqtisadi rayonda çox sayda yerli   əcnəbi sahibkar fəaliyyət göstərir. Üstəlik, yeni müraciətlər daxil olmaqda davam edir.

Doğma torpaqların bərpasında yerli sahibkarlar daha fəaldırlar. Hazırda onlar Ağdam Araz Vadisi İqtisadi Zonası texnoparklarında, həmçininn bir çox infrastruktur layihələrin icrasında iştirak edirlər. Yeri gəlmişkən  qeyd edək ki, son dövrlər ölkədə dövlətlə özəl sektor arasında mükəmməl, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri formalaşıb. Həmin münasibətlərdən Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş istifadə olunması üçün mühüm addımlar atılır. Bu günlər İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində 100-dən çox sahibkarın qatıldığı tədbirin keçirilməsi həmin addımlardandır. "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə azad olunmuş ərazilərimizin iqtisadi potensialı, biznes üçün güzəştlər digər dəstək tədbirləri barədə sahibkarlara geniş şəkildə məlumat verilib. Ümumiyyətlə, tədbirin keçirilməsində əsas məqsəd sahibkarlıq subyektlərinə Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanları biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl sektor əməkdaşlıq modelinin əhəmiyyəti barədə daha ətraflı məlumat vermək olmuşdur.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdə sahibkarlara müraciət edərək demişdir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edilib. Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir. Azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işləri iqtisadi sosial inkişaf üçün yeni imkanlar açıb. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib. İlk növbədə vətəndaş olaraq hər birimiz üçün işğaldan azad edilmiş ərazilərin bərpası iqtisadi dirçəlişi prioritetdir. Dövlət bu sahədə üzərinə düşən öhdəlikləri yerinə yetirir, biznes üçün bölgədə əlverişli şəraiti təmin edir".

Toplantıda qeyd olunmuşdur ki, bir çox yerli sahibkar bərpa-quruculuq işləri başlananda dərhal bu prosesə qatılmaq üçün müraciət etmişdir. Onlardan bəziləri artıq bölgədə öz layihələrini reallaşdırırlar. O da vurğulanmışdır ki, bu ərazilərdə fəaliyyət göstərmək sahibkarlar üçün həm bir tarixi fürsətdir. Burada çalışan sahibkarlara böyük güzəştlər edilir, bizneslərinin inkişafı üçün geniş perspektivlər açılır. Nazir sahibkarları bu fürsəti qaçırmamağa, Qarabağ Şərqi Zəngəzurda biznes imkanlarından səmərəli şəkildə yararlanmağa bölgənin iqtisadi reinteqrasiyasına töhfə verməkdə fəal olmağa dəvət etmişdir: "Hər qarışı bizə doğma olan bu torpaqların dirçəlişi üçün dövlət-özəl sektoru olaraq bərabər çalışmalıyıq. Sahibkarlarımızın həmrəylik birlik kimi milli dəyərlərimizə sadiq qalaraq Qarabağın iqtisadi yüksəlişinə töhfə verəcəyinə ürəkdən inanırıq".

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 4 iyul (№ 137).- S.9.