Keçmiş şöhrətinə qovuşan Şuşa

 

 

Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşa 1992-ci il mayın 8-də Ermənistan ordusu tərəfindən işğal olundu. İşğal dövründə bu gözəl diyardakı yüzlərlə tarixi abidə dağıntılara məruz qaldı, məhv edildi.

İşğal zamanı erməni qəsbkarları XIX əsrin görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın evini vəhşicəsinə yandırdılar. Şərq memarlıq sənətinin incisi Şuşanın rəmzi sayılan Gövhər ağa məscidi viran qoyuldu. Şuşaəsilli böyük Azərbaycan musiqiçiləri Üzeyir bəy Hacıbəylinin Bülbülün ev-muzeyləri dağıdıldı. Şuşanın gerçək tarixi mədəni siması yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Xurşidbani Natəvanın, Üzeyir bəyin Bülbülün heykəlləri erməni vandalları tərəfindən güllələndi.

Şuşa təkcə tarixi tikililəri ilə deyil, eyni zamanda havasının saflığı müalicəvi əhəmiyyəti baxımından da çox qiymətli dəyərlidir. XIX əsrin sonu XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilən Şuşada dünyanın heç bir yerində olmayan xarıbülbül gülü bitir. Qarabağ xanlığının paytaxtı olan Şuşanı zaman-zaman "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" "Şərqin konservatoriyası" adlandırıblar. Şuşada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük əməyi sayəsində Azərbaycanda ilk dəfə peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.

Uzun illərdən bəri Şuşanın işğalda qalması hər bir azərbaycanlının qəlbini göynədirdi, ürəyini yandırırdı. Ordumuz gücləndikcə bu gözəl şəhərin işğaldan azad olunacağına xalqımızın inamı artırdı. Gözəl payız günlərinin birində ümidlərimiz, arzularımız çiçək açdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi alovlandı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyyatına başladı.

Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşməndən azad olundu. 8 noyabr  Azərbaycan xalqının dövlətinin müasir  tarixinə  qızıl hərflərlə yazıldığı  gün oldu.  Əziz Şuşamızın erməni cəlladlarının caynağından azad olması xəbəri  dünyada yaşayan  bütün azərbaycanlıları ürəkdən sevindirdi. Bizə qələbə sevinci bəxş edən  Azərbaycan Ordusu  dünya hərb sənətində  öz dədə-baba torpaqlarının işğaldan azadlığı uğrunda parlaq döyüş nümunəsi göstərdi. 

Bu gün azad nəfəs alan Şuşa keçmiş şöhrətinə qovuşur. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstəriş sərəncamlarına əsasən hazırda şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə, bütün infrastrukturun bərpası yenilənməsi ilə bağlı mühüm işlər aparılır. Şuşa yenidən dünya mədəni irsinə öz töhfəsini verməyə hazırlaşır.

Təmir bərpa işləri başa çatandan sonra bu məkanda həyat yenidən qaynayacaq. Təbiətin Azərbaycana  bəxş elədiyi qədim diyar yenə öz gözəlliyi ilə gələnləri, görənləri heyran edəcək, dünyaya meydan oxuyacaq. Böyük beynəlxalq tədbirlərə evsahibliyi edəcək. Şanı, şöhrəti yenə dünyaya yayılacaq.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 4 iyul (¹ 137).- S.10.