"Süleyman Ələsgərov" adlı ilk fundamental biblioqrafiya nəşr edilib

 

Görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 fevral 2024-cü il tarixində Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, 1945-2024-cü illəri əhatə edən biblioqrafiyada “Süleyman Ələsgərov həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər və sənət dostları Süleyman Ələsgərov haqqında” bölmələri, sənətkarın bəstələdiyi musiqi əsərləri, səs yazıları, həyat və yaradıcılığı haqqında kitablar, dissertasiyalar və avtoreferatlar, dövri mətbuatda, məcmuələrdə çap olunan məqalələr toplanıb, müvafiq bölmələr üzrə qruplaşdırılaraq təqdim edilib.

 

Azərbaycan.-2024.- 4 iyul (¹ 137).- S.10.