Şuşada
ilk dəfə Kəlağayı festivalı
Azərbaycanın
mədəniyyət paytaxtı Şuşada ilk dəfə Kəlağayı
festivalı keçirilib. Festival “Sazlı, sözlü kəlağayı
günləri” layihəsi çərçivəsində
Şuşa Dövlət Qoruğu İdarəsinin dəstəyi,
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı
ilə həyata keçirilib.
Festival
çərçivəsində Şuşa sakinlərinə
qədim kəlağayılar, qurama əl işləri, rəsm
əsərləri, kitablar təqdim edilib və konsert təşkil
olunub. Sərgidə 200 qədimi kəlağayı,
Güllü Eldar Tomarlının toxunma əl işləri, rəssam
Gülnarə Məmmədovanın rəsm əsərləri,
quramaçı Aybəniz Camalovanın əl işləri,
yeni işıq üzü görən ''Anam - kəlağaydı,
kəlağay - anam...'' kitabı təqdim olunub.
Əvvəlcə
Vətənimizin bütövlüyü, azadlığı,
suverenliyi uğrunda canından keçən şəhidlərimizin
əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın
Dövlət Himni səsləndirilib.
Çıxış
edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,
Kəlağayı ev muzeyinin direktoru Güllü Eldar
Tomarlı diqqətə çatdırıb ki, kəlağayı
2014-cü ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə
reprezentativ siyahısına daxil edilib.
Güllü
Eldar Tomarlı əlavə edib: “Bu əlamətdar tarixin 10
illiyi münasibətilə Mirvarid Dilbazi Poeziya Məclisi
İctimai Birliyi Azərbaycanın bölgələrində, həmçinin
Naxçıvanda, elm və təhsil ocaqlarında festivallar, tədbirlər,
sərgilər keçirir. “Sazlı-sözlü kəlağayı
festivalı” Ermənistanın işğalından azad
olunmuş Şuşada ilk dəfə həyata keçirilir.
Məqsədimiz Azərbaycan kəlağayısının əvvəlki
şan-şöhrətini özünə qaytarmaq və onu təbliğ
etməkdir”.
Azərbaycan.-2024.-
4 iyul (¹ 137).- S.10.