Hotellərə
ulduz dərəcələri
verilib və rezervasiya platformasının
təqdimatı keçirilib
İyulun 3-də Dövlət
Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə
ulduz dərəcələrinin
verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı
tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin və Dövlət Reklam Agentliyinin rəhbər şəxsləri iştirak
ediblər.
Tədbirdə çıxış
edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın
müsbət turizm imicinin formalaşmasına
hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarların birbaşa təsir etdiyini bildirərək, bunların
qiymətləndirilməsinin hotellərin ulduz təsnifatından keçməsi
və müvafiq ulduz dərəcələrini
əldə etmələri
ilə mümkün olduğunu qeyd edib.
Milli Ulduz Təsnifatı əsasında
200-dən çox hotelə
ulduz dərəcələrinin
təyin olunduğunu bildirən Fuad Nağıyev, proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbindən
təkrar auditə qalan və ya
təsnifata yenidən
müraciət etməli
olan hotellərin mövcudluğunu diqqətə
çatdırıb. Fuad
Nağıyev 40-a yaxın
hotelə uyğunsuzluqları
aradan qaldırmaq üçün müəyyən
vaxtın verildiyini və yenidən audit olunacaqlarını qeyd edərək, prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən
hotellərə konsultativ
dəstəyin göstərilməsinin
davam etdiyini vurğulayıb.
Agentlik sədri
qarşıda duran əsas hədəfin COP29
kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə
təşkil edilməsində
hotelçilik sənayesinin
rolunun gücləndirilməsi
olduğunu və bu sənayenin COP29 tədbiri dövründə
də dövlətimizin
adını yüksək
tutmaq üçün
səylə çalışacağına
inandığını bildirib.
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışında
ölkə iqtisadiyyatının
sürətli və dayanıqlı inkişafında
əsaslı rol oynayan turizm sənayesinin əhəmiyyətini
qeyd edib.
Tədbirdə digər
çıxış edənlər
- Azərbaycan Hotel Assosiasiyası
İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov və Avropa Ulduz Təsnifatı
Birliyinin ("Hotel Stars Union”) prezidenti Markus Luthe turizm sahəsinin
hər bir ölkənin iqtisadiyyatına
ciddi təsir etdiyini, həmçinin sürətli və dayanıqlı inkişafına
töhfə verdiyini vurğulayıblar.
Habelə turizm
sektorunun əsas qollarından biri olan hotelçilik sferasında rəqabətliliyin
təmin olunması üçün biznes subyektləri tərəfindən
istehlakçı gözləntiləri
istiqamətində keyfiyyət
göstəricilərinin artırılması,
turistik məhsul və ya xidmətlərin
daha da inkişaf
etdirilməsi diqqətə
çatdırılıb. Həmçinin
turizm sahəsində resursların səmərəli
idarə olunması, iş proseslərinin optimallaşdırılmasına və xərclərin azaldılmasına töhfə
verən yeni standartların qəbul edilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə, eyni
zamanda, son dövrlərdə aktuallıq
daşıyan halal turizmin inkişaf perspektivlərindən də
bəhs edilib. İslami qaydalara cavab verən turizm xidmətləri və məhsullarının
təklif edilməsinin
müsəlman ölkələrindən
gələn turistlər
üçün cəlbediciliyi
artıracağı qeyd
olunub.
Sonra Milli Hotel Assosiasiyasının icraçı
direktoru Günay Sağlam "Azərbaycan
Hotel Ulduz Təsnifatı
Sistemi: Cari vəziyyət və nəticələr", Azərbaycan
Turizm Bürosunun Sənayenin inkişafı
departamentinin direktoru Aytən Əlizamanlı
"Hotel Dayanıqlılıq Əsasları” proqramı
mövzularında təqdimatla
çıxış ediblər.
Tədbirdə Dünya
Səyahət və Turizm Şurası tərəfindən təsis
edilən və Azərbaycan Turizm Bürosunun rəsmi tərəfdaşı olduğu
“Hotel Dayanıqlılıq Əsasları” təşəbbüsünə
qoşulmaq barədə
məlumat verilib. Bildirilib ki, "Hotel Dayanıqlılıq Əsasları"
proqramı yerləşmə
sənayesinin qlobal dayanıqlılıq meyarlarına
uyğunlaşmasına dəstək
olmaq üçün
ilkin atıla biləcək addımları
ehtiva edir və bununla da dayanıqlılıq üzrə təşəbbüs
göstərən bizneslərin
fərqlənməsinə şərait
yaradır.
Daha sonra Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev Milli Rezervasiya Platforması barədə məlumat verib.
Həmçinin turistlərə
hotel və digər yerləşmə
vasitələrini daha
rahat şəkildə
rezerv etmək imkanı yaradan ilk Milli Rezervasiya
Platformasının təqdimatı
olub. Qeyd olunub ki, yerli
rezervasiya platformasından
istifadə edən hotellər, qonaq evləri, o cümlədən
digər yerləşmə
vasitələrinə imtiyaz
və güzəştlər
şamil ediləcək.
Sonda Milli Ulduz Təsnifatından keçmiş hotellərə
ulduz dərəcələrinin
verilməsi ilə bağlı mükafatlandırma
mərasimi olub.
Azərbaycan.-2024.-
4 iyul (¹ 137).- S.12.