Çin Azərbaycanı seçir

 

 

Qlobal iqtisadi fövqəlgüc Qafqazın lider dövləti ilə əməkdaşlığı genişləndirir

 

 

 

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində  Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüş iki ölkə arasındakı yüksək siyasi dostluq münasibətlərinin nümayişi oldu.  Görüş çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul olunması isə iki dövlət arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdi.

 

 

 

Dostluğa, qarşılıqlı etimada çoxşaxəli tərəfdaşlığa söykənən əlaqələr

 

 

 

Çin Xalq Respublikası təkcə qədim tarixi, ənənələri, mədəniyyəti, ixtiraları ilə deyil, həm müasir dünyada çox sürətlə inkişaf edən bir ölkə kimi diqqəti cəlb edir. Xüsusən son üç onillikdə bu inkişaf dünyanın başqa böyük ölkələrindən fərqli olaraq fasilə vermədən, təəccüb doğuran sürətlə davam edir. Bir vaxtlar iqtisadi inkişaf səviyyəsinə görə çox geri qalan, əhalisi yoxsul yaşayan Çin indi iqtisadi göstəricilərinə görə dünyada ABŞ-dən sonra ikinci yerdə gəlir. Xüsusən son onilliklərdə Çin misilsiz nailiyyətlər əldə etmişdir. Hazırda bu dövlət öz inkişaf sürəti, innovativ texnoloji yenilikləri ilə dünyanı heyrətləndirməkdə davam edir.

Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr dostluğa, qarşılıqlı etimada çoxşaxəli tərəfdaşlığa əsaslanmaqla yüksək inkişaf dinamikası ilə seçilir. Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin mart ayında Çinə rəsmi səfəri ilə əsası qoyulmuş yüksəksəviyyəli siyasi dialoqun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində sonrakı dövrdə ikitərəfli əlaqələr  keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Azərbaycan Çin bir-birinin milli maraqlarına daim qarşılıqlı dəstək nümayiş etdiriblər. Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşmələrinə baxmayaraq, Azərbaycan Çin dövlət başçılarının siyasi iradəsi dostluq münasibətləri iki ölkə arasında qarşılıqlı əlaqələrin dinamik inkişafına əlverişli zəmin yaradıb. Hər iki dövlətin rəhbəri əlamətdar günlərdə qarşılıqlı olaraq münasibətlərin yüksək məzmununu əlaqələrin daha da inkişafını ehtiva edən siyasi iradənin əks olunduğu məktublar ünvanlayıblar. Bütün bunların nəticəsi olaraq Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edib.

 

 

 

Prezident İlham Əliyevə ölkəmizə olan böyük ehtiramın göstəricisi

 

 

 

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Çinin "Vahid Çin" siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini sərhədlərinin toxunulmazlığını daim dəstəkləyib.  Çin tərəfindən irəli sürülmüş "Bir kəmər bir yol" təşəbbüsü ikitərəfli münasibətlərin genişləndirilməsinə dərinləşməsinə yeni imkanlar yaradıb Azərbaycan bu məsələdə Çinin əsas tərəfdaşlarından biridir.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Astanada keçirlən görüşdə diqqət mərkəzinə gətirildi. Prezident İlham Əliyev Azərbaycanın daim "Vahid Çin" siyasətini dəstəklədiyini vurğuladı. Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi qeyd olundu, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirildi. Si Cinpinin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda bu əsnada Çinə dövlət səfərinə dəvət etməsi isə bir daha Prezident İlham Əliyevə ölkəmizə  olan böyük ehtiramın nümayişi oldu.   Eyni zamanda Prezident İlham Əliyev ÇXR Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət etdi.

Siyasi müstəvidə əlaqələrin yüksək səviyyəsi iqtisadi əməkdaşlığa da təsirsiz ötüşmür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında əmtəə dövriyyəsi 3 milyard dollara çatıb artım potensialına malikdir. Azərbaycanın Çinin 6 şəhərində ticarət evi fəaliyyət göstərir.

 

 

 

Birgə Bəyannamə münasibətləri tamamilə yeni müstəviyə yüksəldir

 

 

 

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çin dünyanın fövqəlgüc dövlətləri sırasındadır. Bu ölkənin siyasi-iqtisadi addımları bütün qlobal iqtisadiyyata təsirsiz ötüşmür. Qürurludur ki, məhz belə bir dövlət xarici əlaqələrində Qafqazın lider dövləti olan Azərbaycanla tərəfdaşlığın əməkdaşlığın yüksəldilməsinə böyük önəm verir. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində  "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul olunması bunu təsdiq edir.

Birgə Bəyannamə Azərbaycanla Çin arasında əməkdaşlığa dair bütün məsələləri əhatə edir. Sənədə əsasən tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, dəstək, qarşılıqlı fayda əməkdaşlıqdan çıxış edirlər. Eyni zamanda Azərbaycanla Çin bir-birini etibarlı tərəfdaş hesab edir xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər. Bütövlükdə isə Birgə Bəyannamə Azərbaycanla Çin arasındakı münasibətləri tamamilə yeni müstəviyə yüksəldir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 5 iyul (¹ 138).- S.3.