Astana Zirvə görüşü yeni uğurların təməlini qoydu

 

 

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına dəvət edilməsi ona olan yüksək etimadın inamın göstəricisidir

 

 

 

"Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin Zirvə toplantısına qonaq qismində ikinci dəfə qatılması isə dövlətimizin dünyada artan nüfuzunun ona göstərilən böyük etimadın ifadəsi olmaqla bərabər, ölkəmizə bəslənilən ümid onun gələcəyinə olan inamdır".

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib. Deputat qeyd edib ki, ölkəmiz dünyanın iqtisadi cəhətdən inkişaf edən ictimai-siyasi baxımdan ən sabit ölkələrindən biridir. Azərbaycan həm Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində dünya dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına, əlaqələrin möhkəmləndirilməsinə, sülhün, əmin-amanlığın təmin edilməsinə böyük önəm verir bu sahədə imkanlarını təşəbbüslərini əsirgəmir.

Şanxay Əməkdaşlıq Təşkilatı da öz fəaliyyətində demokratik prinsiplərə, dövlətlər arasında qarşılıqlı etimada qonşuluq münasibətlərinə, siyasət, ticarət, iqtisadiyyat, elm texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, sülh, təhlükəsizlik sabitliyin əldə olunması üçün səylərin birləşdirilməsinə əsaslanan bir orqan kimi üzv dövlətlərin əlaqələndirilməsində, vacib problemlərin müzakirə edilib aradan qaldırılmasında mühüm rol oynayır.

Deputat qeyd edib ki, Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusuna sahib olmasına baxmayaraq, onun fəaliyyətində yaxından iştirak edir. Bu qurumla ölkəmiz arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: "Terrorizm, ekstremizm separatçılıq ilə mübarizəyə, regional təhlükəsizlik sabitliyin qorunmasına böyük önəm verən dövlətimiz hər sahədə təşkilatla əlaqələrini ildən-ilə möhkəmləndirmək əzmindədir. 16 ölkənin dövlət hökumət başçılarının qatıldığı Zirvə görüşünün "Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə inkişafa nail olmaq" mövzusuna həsr edilməsi bu günümüz üçün vacib bəşəriyyəti düşündürən başlıca məsələdir. Cənab

İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşləri, əlbəttə ki, ölkəmizin gələcək inkişafı təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir".  T.Rzayev bildirib ki, Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul edilməsi dövlətimizin yeni uğurudur. Çünki Çin dünyanın iqtisadi cəhətdən inkişaf edən böyük nüfuza malik olan dövlətlərindən biridir. Bəyannaməyə əsasən, tərəflər terrorizmin, separatizmin ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını nəzərə alaraq bu çağırışların qarşısını almaq onlara qarşı mübarizə aparmaq üçün ümumi səyləri birləşdirməyi qarşıya məqsəd qoyurlar.

Prezident İlham Əliyevin Çin Xalq Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini vurğulayan komitə sədri xatırladıb ki, dövlət başçısı çıxışı zamanı bunu bir daha ifadə edib: "Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb artım potensialına malikdir. Biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq".   

Deputatın sözlərinə görə, Astanada Azərbaycan, Türkiyə Pakistan dövlət rəhbərlərinin bir araya gəlməsi mühüm sənədlərin imzalanması, dünyanın diqqət mərkəzində olan vacib problemlərin gündəmə gətirilməsi sülh təhlükəsizliyə zəmanətdir. Bu dövlətlər daim bir-biri ilə sıx əlaqədə olub, tarixi mədəni bağları, qarşılıqlı hörmət etimad əsasında əməkdaşlığı möhkəmləndiriblər.

"Üçtərəfli görüş hər üç ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətdə genişləndirilməsinə imkanlar yaradır bu, gələcək inkişafa, təhlükəsizliyə hesablanıb.

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı keçirilən səmərəli görüşlər zamanı bir çox məsələlərin gündəmə gətirilməsi, mövcud problemlərin həllinin araşdırılması, əməkdaşlığın möhkəmləndirilməsinə səylərin göstərilməsi uğurların əldə edilməsi Azərbaycanın qələbəsidir dövlətimizin getdikcə artan nüfuzunun parlaq göstəricisidir", - deyə deputat əlavə edib.

T.Rzayev sonda qeyd edib ki, uğurlarımızın artması, Prezident İlham Əliyevə dövlətimizə göstərilən yüksək hörmət ehtiram xalqımızın xoşbəxt gələcəyinə yeni yollar açır, Azərbaycanı möhkəmləndirir şöhrətləndirir. Bu, əlbəttə ki, xalqımızı sevindirir onları yeni uğurlara ruhlandırır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 5 iyul (№ 138).- S.3.