Heydər
Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib
Azərbaycana səfəri
çərçivəsində Vatikan Dövlətinin Müqəddəs Arxeologiya
üzrə Pontifik Komissiyasının prezidenti
Monsenyor Paskal Yakabonenin başçılıq
etdiyi arxeoloq və ekspertlərdən ibarət nümayəndə
heyətinin Azərbaycan
Respublikası Prezidentinin
köməkçisi, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşü olub.
AZƏRTAC xəbər
verir ki, görüşdə Azərbaycan ilə Müqəddəs
Taxt-Tac arasında əlaqələrin inkişafından məmnunluq
ifadə edilib, müxtəlif səviyyələrdə
reallaşan qarşılıqlı səfərlərin, o
cümlədən 2002-ci ildə Papa II İohann Pavelin,
2016-cı ildə Papa Fransiskin ölkəmizə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, birinci
xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın isə Vatikana səfərlərinin həm
ikitərəfli əlaqələr, həm də
sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət
kəsb etdiyi vurğulanıb, imzalanan sənədlərin
münasibətlərimizin genişlənməsinə töhfə
verdiyi qeyd edilib.
Müzakirələr
zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin
fəaliyyətindən, formalaşmış səmərəli
əməkdaşlıqdan, birgə layihələrin
icrasından məmnunluq ifadə edilib, hazırda da
müştərək layihələr üzərində
işlərin uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Vatikanda bir sıra
bəşəri əhəmiyyət
daşıyan tarixi abidələrin Fond tərəfindən bərpasının
həyata keçirilməsi,
mədəni irsin qorunması sahəsində
işlərin görülməsi
ikitərəfli münasibətlərin
dərinləşməsinə töhfədir.
Paskal Yakabone görülən bütün
işlərə görə
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını
ifadə edib.
Dini etiqad və vicdan azadlığının tam
təmin olunduğu, çoxlu sayda dini icmanın fəaliyyət göstərdiyi,
hər kəsin dini ayinləri sərbəst şəkildə
yerinə yetirməsi üçün zəruri
şəraitin təmin
edildiyi Azərbaycanda digər dini icmalara olduğu kimi, katolik icmaya
da göstərilən
diqqət, ölkəmizdə
kilsə və məbədlərin, o cümlədən
katolik kilsələrin
bərpası istiqamətində
görülən işlər
yüksək dəyərləndirilib.
Heydər Əliyev
Fondunun icraçı
direktoru Anar Ələkbərov Fondun gələcəkdə də
Müqəddəs Taxt-Tacla
əməkdaşlıq çərçivəsində
yeni layihələrə
açıq olduğunu
diqqətə çatdırıb.
Görüşdə tarixi və mədəni əhəmiyyət
daşıyan abidələrin
bərpası istiqamətində
təcrübə mübadiləsinin
əhəmiyyətinə də
nəzər salınıb.
Vatikan Dövlətinin
Müqəddəs Arxeologiya
üzrə Pontifik Komissiyasının prezidenti
Monsenyor Paskal Yakabone hər 25 ildən bir Müqəddəs Taxt-Tacda
keçirilən və
növbəti mərasimin
2025-ci ilə təsadüf
etdiyi Müqəddəs
Yubiley İli ilə bağlı tədbirə Heydər Əliyev Fondunun da dəvətli olduğunu diqqətə çatdırıb.
Azərbaycan.-2024.-
5 iyul (№ 138).- S.4.