Fövqəladə
Hallar Nazirliyində
COP29-la bağlı qərargah
yaradılıb
İyulun 4-də Fövqəladə
Hallar Nazirliyində bu
ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıq
çərçivəsində aidiyyəti təhlükəsizlik
məsələlərinin müzakirəsi
məqsədilə fövqəladə
hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi
ilə müşavirə
keçirilib.
Müşavirədə nazir müavinləri,
FHN-in müvafiq struktur
bölmə və qurumlarının rəhbərləri
iştirak ediblər.
Nazirliyin mətbuat
xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə
çıxış edən
Kəmaləddin Heydərov
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi
barədə qəbul
edilmiş qərarın
Azərbaycanın növbəti
tarixi uğuru olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, dünyada ən mötəbər beynəlxalq
tədbirlərdən biri
hesab olunan COP29-un Azərbaycanda keçirilməsi
Prezident İlham Əliyevin
rəhbərliyi altında
ölkəmizin daim artan beynəlxalq nüfuz və qüdrətindən xəbər
verir. O, ölkəmizdə
təşkil olunmuş
digər beynəlxalq səviyyəli tədbirlər
kimi, bu mötəbər tədbirin
də uğurla keçiriləcəyinə əminliyini
ifadə edib.
Sonra nazir COP29-la bağlı ölkəmizə
gələcək çoxsaylı
qonaqların, tədbirin
keçiriləcəyi, eləcə
də qonaqların yerləşəcəyi məkanların
və ətraf ərazilərin aidiyyəti
təhlükəsizlik məsələlərinin
yüksək səviyyədə
həll edilməsinin zəruriliyini bildirib. Bu məqsədlə FHN-də
yaradılmış və
nazirliyin peşəkar
əməkdaşlarından ibarət Qərargahın fəaliyyətini
qeyd edib, qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra COP29-a hazırlıqla
bağlı aidiyyəti
təhlükəsizlik məsələlərinin
həllinə dair Qərargah üzvlərinin
görülmüş işlərlə
əlaqədar məruzələri
dinlənilib, geniş
müzakirə aparılıb.
Müşavirəyə yekun vuran nazir ölkəmizdə
keçiriləcək nüfuzlu
beynəlxalq tədbirlə
əlaqədar Fövqəladə
Hallar Nazirliyinin üzərinə
düşən vəzifələrin
layiqincə yerinə yetirilməsi üçün
tapşırıqlarını verib.
Azərbaycan
.-2024.- 5 iyul (№ 138).- S.4.