Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları MoskvanınBizim Evailə tərbiyəsinə dəstək mərkəzində olublar. Orada valideyn himayəsindən məhrum uşaqlar üçün rəsm müsabiqəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Moskvada yerləşən “Bizim ev” ailə tərbiyəsinə dəstək mərkəzi qapılarını valideyn himayəsindən məhrum olan sağlam uşaqlarla yanaşı, fiziki və zehni inkişafdan geri qalan körpələrin də üzünə açıb. Mərkəzin rəhbərliyi Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın daimi qayğısından, uşaq evinə olan diqqətindən danışıb. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva dəfələrlə burada uşaqlara baş çəkib, onlar üçün bayram tədbirləri təşkil edib.

Bizim Evailə tərbiyəsinə dəstək mərkəzinin direktoru Vadim Menşov dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək deyib: “Heydər Əliyev Fondunun nümayəndələrininBizim Ev”ə hər gəlişi bayramdır. Biz Leyla xanım Əliyevanın sayəsində Heydər Əliyev Fondu ilə dostlaşmışıq. Leyla xanım hər zaman bizə dəstək olur. Onun böyük mənəvi dəstəyi bizim üçün çox dəyərlidir”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin bölmə rəhbəri Tamilla Əhmədova Fondun uşaqlara daim xüsusi qayğı göstərdiyini vurğulayaraq qeyd edib: “Hamımız yaxşı bilirik ki, uşaqlar bizim gələcəyimizdir. Məhz uşaqlar dünyanın gələcəkdə necə olacağını, necə inkişaf edəcəyini müəyyənləşdirəcəklər. Ona görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyinin uşaqlara göstərdiyi diqqət qayğı işimizin çox vacib tərkib hissəsidir”.

 

 

Azərbaycan.-2024.- 5 iyul (¹ 138).- S.4.