Azərbaycan
ekoloji böhrana qarşı mübarizədə
də nümunə göstərir
Yaşıl rəng
həyat rəmzidir. Fəza tədqiqatlarında
- istər Yer kürəsindən, istərsə
də kosmosdan müşahidələrdə də
uzaq qalaktikalarda bu rəngə bənzər çalarlar tapan mütəxəssislər
canlı, yaşayış
əlamətləri barədə
nikbin notlara köklənirlər. Yəqin
planetimizi kənardan seyr edənlər də (yeri gəlmişkən,
artıq paralel sivilizasiyaların mövcudluğu
elmi müddəalarla təsdiqlənir) haqqımızda
belə qənaətə
gəlmişlər.
Lakin çox təəssüf ki, ümumi evimiz olan bu dünyanın
rəngi tədricən
qaralır, münbit torpaqlar get-gedə səhralaşır, zəngin
flora və fauna örtüyü məhv olur, yaşıllıqlar yoxa çıxır. O üzdən
mütərəqqi dövlətlər,
beynəlxalq qurumlar, ekoloqlar həyəcan təbili çalırlar.
Qlobal fəlakətə
qarşı səsini
qaldıran, bəşəriyyətin
xilasına çalışan,
bu istiqamətdə layiqli töhfələr vermək istəyən ölkələrdən biri
də Azərbaycandır.
Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham
Əliyev tərəfindən
2024-cü il "Yaşıl
dünya naminə həmrəylik ili" elan edilib. Bu
ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına evsahibliyimiz
isə, Prezidentin təbirincə desək, beynəlxalq ictimaiyyətin
rəsmi Bakıya böyük inam və etimadının təzahürüdür: "COP29-a gəldikdə isə bu, beynəlxalq ictimaiyyət tərəfindən
Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir və biz hazırlığın
fəal mərhələsindəyik.
Bizim bir ildən az vaxtımız
var idi və
yaxşı nəticələr
əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq. Əlbəttə, bizim üçün COP29 çox
böyük məsuliyyətdir.
Burada söhbət təkcə təşkilati
məsələlərdən deyil, nəticələrin
əldə edilməsindən
də gedir".
Amma Azərbaycanda
ekoloji problemlərlə
mübarizəyə bundan
xeyli əvvəl başlandığı da
faktdır. Cari il aprelin 23-də ADA Universitetində "COP29 və
Azərbaycan üçün
Yaşıl Baxış"
mövzusundakı beynəlxalq
forumda iştirakçıların
suallarını cavablandıran
cənab İlham Əliyev bildirmişdi ki, müstəqillikdən
əvvəl, Sovet İttifaqı, çar Rusiyası dövründə
enerji resurslarımız
ətraf mühitə
heç bir diqqət yetirilmədən
istismar olunurdu. Məhz bu minvalla
Bakı dünyanın
ən çirklənmiş
şəhərlərinin birinə
çevrilmişdi: "Bizdə
neft gölləri, neft sızıntıları
var idi. Biz ekoloji fəlakət
olan bu dəhşətli
mirası təmizləmək
üçün yüz
milyonlarla, hətta milyardlarla dollar xərcləmək məcburiyyətində
qalmışdıq. İndi
Bakıda gördüklərinizin
10 il, 20 il bundan əvvəl hansı vəziyyətdə
olduğunu heç təsəvvürünüzə belə gətirə bilməzsiniz. Çünki
çoxlu rekultivasiya,
çoxlu təmizləmə
işlərini icra etdik və ekoloji
cəhətdən təmiz
olan bir çox təşəbbüsləri
həyata keçirdik.
İndi isə COP29-un
sədri olaraq bizim üzərimizdə olan məsuliyyət səviyyəsi əlbəttə
ki, artmaqdadır. Çünki birincisi, biz sədrliyimizə çox ciddi yanaşırıq, ikincisi,
biz diqqət mərkəzindəyik".
Ətraf mühitə
atılan zərərli
qaz emissiyalarının,
flora və faunaya vurulan ziyanın bumeranq effekti yaratması məlum faktdır. İndiyə qədər dəfələrlə müşahidə
etmişik ki, ətraf mühitə kortəbii müdaxilənin
əks-təsirləri özünü
çox gözlətmir,
təbiət dözməyib
bir gün qisasını alır. Yer kürəsində qlobal istiləşmənin,
ozon qatının zəifləməsi üzündən
radioaktiv şüalanmaya
məruz qalmağımızın,
günəşdəki maqnit
qasırğalarının qorxulu təzahürlərinin,
yayılan müxtəlif
epidemiyaların fəsadlarını
yaşamırıqmı?! Amma
bunlar da hələ hamısı deyil. Məlumat verilir ki, bir
çox ölkələr
mütəmadi şəkildə
elektrik kəsintiləri
ilə üzləşirlər
və enerji təchizatındakı fasilələr
böyük rahatsızlıq
yaradır. Balkan yarımadasından tutmuş,
Yaxın Şərq və Afrikaya qədər sözügedən
problem bu il daha kəskin
xarakter alıb. Səbəb isə qlobal istiləşmənin
elektrik şəbəkələrinə
mənfi təsiridir. İsti hava dalğaları və ekstremal hava şəraiti üzündən
təzyiq altında olan və üstəlik
daha çox yüklənən elektrik şəbəkələri sıradan
çıxır. Yaxın
Şərq ölkələrində
bu səbəbdən enerjinin verilməsində qrafik tərtib olunub. İraqda iş saatları azaldılıb, əhalini
elektrik kəsintilərindən
qorumaq üçün
fövqəladə vəziyyət
elan edilib. Küveyt hökuməti isə elektrik enerjisindən istifadəni
məhdudlaşdırıb. Monteneqro, Bosniya və Herseqovina, Albaniya və Xorvatiyada da elektrik enerjisinin verilməsində baş verən böyük fasilələr gündəlik
həyat ritmini pozub.
Göründüyü kimi, iqlim dəyişikliyinin
fəsadları öncədən
proqnozlaşdırlsa da,
kifayət qədər
gözlənilməz sürprizlərlə
doludur. Alimlər bildirirlər ki, atmosferin sürətlə
və amansızcasına
çirkləndirilməsinin yaratdığı problemlər
saysızdır və
hər gün bu siyahıya yeni-yeni fəsadlar əlavə edilir. Bu isə nəinki
yoxsul, hətta zəngin ölkələrdə
belə, normal həyat ritmini pozur. Ona görə
də Prezident İlham Əliyevin söylədiyi
bu fikirlərə ciddi diqqət yetirmək lazımdır:
"Əlbəttə ki,
iqlim məsələləri
ilə bağlı fikir ayrılığının
bir səbəbi inkişaf etmiş, inkişaf etməkdə olan və zəif
inkişaf etmiş ölkələrin məsuliyyətidir.
Bu ortaq məsuliyyət ədalətli
olmalı və əlbəttə ki, iqlim problemlərinə mənfi təsir açıq şəkildə
müzakirə edilməlidir.
Hesab edirik ki, bu əlaqələrə,
həmçinin bir çox Avropa ölkələri ilə yaxşı əlaqələrə
malik olmaqla biz koordinator və ya körpü
rolunu oynaya bilərik. Eyni zamanda neft və
qazla zəngin olan ölkə kimi bu, bizə
neft və qaz hasil edən
ölkələrlə qarşılıqlı
əlaqədə olmaq,
neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət
platforması yaratmaq imkanını verir. Çünki Azərbaycan
da daxil olmaqla, bu ölkələr
ciddi addımlar atmalıdırlar. Biz bunu OPEC+ adlanan platformada artıq nümayiş etdirmişik...
İdeyalarla bağlı
bizim başqa planlarımız da var, lakin ola
bilsin ki, onları açıqlamaq
hələ bir az tezdir. Lakin
biz sədrliyə özümüzü nümayiş
etdirmək, ölkəmizi
təqdim etmək fürsəti kimi baxmırıq. Baxmayaraq ki, bu məsələ
də vacibdir. Biz buna beynəlxalq
arenada ən təxirəsalınmaz məsələnin
praktiki həllinə töhfə vermək imkanı kimi baxırıq".
Qurban
MƏMMƏDOV,
Azərbaycan.-2024.-
5 iyul (№ 138).- S.7.