"Bakıda küləklər əsir"

 

 

İndi bu küləklər təkcə toz qoparmır, həm enerji verir

 

 

 

Ən geniş yayılmış təmiz bərpaolunan enerji növlərindən biri külək enerjisidir. Bu enerji küləyin  gücündən, yəni hava axınlarının kinetik enerjisinin elektrik enerjisinə çevrilməsindən əldə edilir. Kinetik enerji cismin, yaxud da zərrəciyin öz hərəkəti hesabına malik olduğu enerjiyə deyilir. Həmin enerjini yararlı elektrik enerjisinə çevirmək üçün isə külək turbinindən istifadə edilir.

Külək enerjisindən optimal istifadə üçün küləkli ərazilərdə çoxlu sayda turbinlərdən ibarət böyük miqdarda elektrik enerjisi istehsal etməyə imkan verən külək-elektrik stansiyaları (KES) qurulur. Bu gün dünyada istifadə olunan külək enerjisi həm qurudan, həm dənizdən əldə olunur. Doğrudur, güclü küləklər bəzən fəlakətlərə yol açır, amma zaman onun çox gərəkli olduğunu da gündəmə gətirib.

Avstraliya dünyada küləklər ölkəsi kimi tanınır. Yer kürəsində ən güclü külək əsməsi hadisəsi 1996-cı il aprelin 10-da Avstraliyanın şimal-qərb sahillərindəki kiçik Barrou adasında "Oliviya qasırğası" zamanı qeydə alınıb. Həmin vaxt adada küləyin sürəti saniyədə 113 metrə (408 km/saat) çatıb. Küləyin intensivliyinə görə Azərbaycan da ön sıralardadır. Bütövlükdə Abşeron yarımadasında, ölkənin ayrı-ayrı bölgələrində küləkli günlərin sayı kifayət qədər çoxdur. Təsadüfi deyil ki, küləkdən daha səmərəli istifadə etmək üçün Nazirlər Kabineti tərəfindən bu ilin aprelində qərar qəbul olunub. Qərara əsasən, bundan sonra Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar Abşeron rayonu Pirəkəşkül-Qobustan bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək-elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. 2040-cı ilə kimi Bakının Ələt, Sabunçu Mərdəkan qəsəbələrində ümumi ərazisi 2650 hektar, qoyuluş gücü 1200 MVt olan  bir külək üç günəş-elektrik stansiyasının inşası nəzərdə tutulub.

Göründüyü kimi, təbiət hadisəsi olan külək qiymətli sərvətdir. Bu sərvətdən səmərəli istifadə etmək, səmtini dəyişmək insan oğlunun  zəkasından asılıdır. Tədqiqatlar göstərir ki, küləyin sürəti saniyədə 3-4 metr olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti  saniyədə 11 metrdir. Bundan başqa, işğaldan azad olunan Laçın Kəlbəcər rayonlarında da küləkdən elektrik enerjisi alınması potensialı böyükdür. Kəlbəcərin dağlıq ərazilərində küləyin orta illik sürəti saniyədə 7-8 metr təşkil edir. Bütün bunlar Azərbaycanda külək enerjisindən istifadə imkanlarının geniş olduğunu göstərir. Danılmaz faktdır ki, Azərbaycanda külək ənənəvi olmayan digər mənbələrdən elektrik enerjisi alınması istiqamətində durmadan aparılır, inamlı addımlar atılır. Qeyd edək ki,  Xəzər dənizinin  Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialı var ki, bu da xarici sərmayədarların diqqətindən yayınmayıb. Onlar zaman-zaman Azərbaycanda bərpaolunan enerji stansiyalarının tikintisinə sərmayə qoymaq istəklərini dilə gətiriblər.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə əməli fəaliyyətə keçərək, 2022-ci ilin  yanvarında "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının təməlini qoyub. 2025-ci ildə istismara veriləcək stansiyada ildə 1 milyard kVt/saat elektrik enerjisinin istehsal edilməsi planlaşdırılıb ki, bu da 220 milyon kubmetr təbii qaza qənaətə 400 min tondan artıq CO2 emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan yaradacaq. "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Stansiyanın təməlqoyma mərasimində çıxış edən  Prezident İlham Əliyev deyib: "Bərpaolunan enerji növlərinin  istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir.  Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazi olan Cəbrayıl rayonunda hazırda böyük günəş-elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki,  işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın  bərpaolunan külək günəş-elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar bizimlə bərabər böyük layihələrə start versinlər".

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda külək enerjisi ilə bağlı atılan addımlar uğurla nəticələnir. Bu gün alternativ bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalında Azərbaycan üçün əsas istiqamətlər külək günəş-elektrik stansiyalarının tikilməsidir. Təkcə quruda deyil, Xəzər dənizində külək axınlarından istifadə etməklə enerji istehsalı mümkündür. Məlumat üçün bildirək ki, hazırda dünyada 162 dənizdə külək-elektrik stansiyası fəaliyyət göstərir. Sadəcə 2020-ci ildə 26 dənizdə külək layihəsinin tikintisinə başlanılıb. Dünya üzrə dənizdə külək enerjisi gücünə malik olan ölkələrin ilk beşliyi sırasına Birləşmiş Krallıq (10 QVt), Çin (8 QVt), Almaniya (7 QVt), Niderland (2.5 QVt) Belçika (2 QVt) daxildir. Azərbaycan  sadalanan bu ölkələrdən  heç geri qalmayacaq. Ötən il energetika naziri Pərviz Şahbazov müsahibələrinin  birində bildirib ki, Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 QVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindəyik.

Bu günlər bərpaolunan enerji sahəsindən xəbərlər yayan "Recharge" jurnalında "Əsrin yaşıl müqaviləsi Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər" sərlövhəli məqalə dərc olunub. Məqalədə energetika nazirinin müavini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanovun fikirləri yer alıb. O bildirib ki, dəniz külək-elektrik stansiyalarının tikilməsi Azərbaycan hökumətinin Avropa istehsalçıları ilə birgə "elektrik enerji hasilatının pay bölgüsü müqaviləsi"nə oxşar layihəyə açıq olmasını göstərir:  "Energetika sahəsində strateji tərəfdaşlıqlar bizim üçün həmişə çox əhəmiyyət kəsb edəcək. Əgər Xəzərdə dəniz külək enerji layihəsini inkişaf etdirmək istəyiriksə, onda bizim mütləq yerli istehsala ehtiyacımız var, bütün komponentlər Avropa ölkələrindən gələ bilməz". Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov Elnur Soltanovun fikirlərini dəstəkləyib: "Burada Avropaya ixrac vacib rol oynayacaq Azərbaycan gələcəkdə dəniz külək enerjisi stansiyalarından alınacaq əlavə enerjidən hidrogen elektrik yanacaq istehsal edə bilər".

SOCAR-ın nümayəndəsi Teymur Quliyev isə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ortaya çıxan bir sıra texniki məsələlərdən söz açıb: "Masdar" keçən il Azərbaycan hökuməti ilə 10 qiqavat gücündə bərpaolunan enerji stansiyası, o cümlədən 2 qiqavat gücündə dəniz külək enerjisi stansiyası layihəsinə dair müqavilə imzalayıb. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, həmçinin Bakı ilə dörd layihəli sazişin bir hissəsi olaraq 1,5 QVt-lıq dəniz külək enerji stansiyası layihəsini həyata keçirir".

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 5 iyul (¹ 138).- S.7.