Astana
toplantısı: Azərbaycanın
etibarlı tərəfdaş
olduğu bir daha vurğulandı
Astanada Şanxay
Əməkdaşlıq Təşkilatının
(ŞƏT) Zirvə toplantısında
qonaq qismində iştirak edərkən Prezident İlham Əliyev bir sıra dövlət başçıları ilə
görüşmüşdür. Bu görüşlərin
özü də Prezident İlham Əliyevin Azərbaycanın
şəksiz Lideri olduğunu, ölkəmizin
nüfüzunu və etibarlı tərəfdaş
kimi qəbul edildiyini, həyata keçirdiyi genişmiqyaslı
işlərin dəstəkləndiyini
bir daha göstərmişdir.
Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev görüş zamanı demişdir: "Biz Qazaxıstanda Sizin ölkənizdə baş
verən bütün dəyişiklikləri böyük
maraqla izləyirik, bu dəyişikliklərə
ürəkdən sevinirik.
Əlbəttə, sözsüz
ki, burada Sizin böyük şəxsi rolunuz var və onu
yüksək qiymətləndiririk".
Qeyd edək ki, Azərbaycanla Qazaxıstan arasında müzakirə edilən və razılaşdırılan
bütün istiqamətlər
üzrə müsbət
dinamika əldə olunur. Nəqliyyat infrastrukturu ilə bağlı məsələlər
fəal şəkildə
həyata keçirilir.
Mahiyyət etibarilə
Trans-Xəzər nəqliyyat
marşrutu üzrə
vahid komanda şəklində fəaliyyət
göstərilir.
İşğaldan azad
olunmuş Füzuli rayonunda fəaliyyət göstərən Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzini
isə dövlətimizin
başçısı Qazaxıstan-Azərbaycan
dostluğunun və qardaşlığının mərkəzi
adlandırmışdır.
Astanada iyulun
3-də dövlətimizin başçısı,
Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz
Şərif arasında
üçtərəfli görüş
də olub. Məlumdur ki, hazırda ölkələrimiz
arasında iqtisadi-ticari
əlaqələrin artan
dinamikası müsbət
hal kimi qeyd edilir. Potensial
isə daha böyükdür Ona görə də sözügedən görüşdə
siyasi əlaqələrin
ruhuna uyğun olaraq üçtərəfli
formatda iqtisadi-ticari əlaqələr, innovasiyalar,
energetika, kənd təsərrüfatı, təhsil,
humanitar və digər sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
"Qarşılıqlı fəaliyyətimizin miqyası
böyükdür, mənə
elə gəlir ki, hətta hər gün, hər ay görüşsək,
danışmaq üçün
mövzularımız var.
Diqqətinizi ona cəlb etmək istəyirəm ki, əsas məsələ -
məhz qarşılıqlı
iqtisadi-ticari fəaliyyət
üzrə əlaqələrimiz
müsbət istiqamətdə
inkişaf edir. Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,3-4,5 milyarddır
və bu, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa
sərmayəsidir. Tendensiya
yaxşıdır, məncə,
ilin birinci yarısında artıq 13
faizlik artım var. Ümumiyyətlə, hər şey müsbət inkişaf edir. İnfrastruktur sahəsindəki planlarımızı
qeyd etmək istərdim və təbii ki, burada indi birinci
yerdə məlum
"Şimal-Cənub" magistralıdır".
Bunları isə dövlətimizin başçısı
ilə görüşdə
Rusiya Prezidenti Vladimir Putin demişdir.
Prezident İlham
Əliyev keçən
dəfə Moskvada
"Şimal-Cənub" layihəsinin
müzakirə edildiyini
xatırladaraq bildirmişdir
ki, o vaxtdan bəri müsbət irəliləyişlər baş
verib. Biz Azərbaycan ərazisində
dəhlizin infrastrukturunu
genişləndirmək əzmindəyik.
Çünki fiziki cəhətdən mövcud
olsa da, o, tərəfdaşlarımızın və qonşularımızın
bu layihədən maksimum istifadə ilə bağlı niyyətlərinə uyğun
gəlmir.
Azərbaycanla Rusiya
arasında əmtəə
dövriyyəsi getdikcə
artır. Həm keçən , həm də
bu il əmtəə
dövriyyəsinin artması
ölkələrimizin iqtisadiyyatlarının
fəal qarşılıqlı
fəaliyyət göstərdiyini
nümayiş etdirir. Həmçinin milli valyutalarda qarşılıqlı
hesablaşmalar artır.
Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə,
bir neçə il əvvəlki danışıqlar uğurla
həyata keçirilir.
Əmtəə dövriyyəsinin
artması Astanada Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin
ilə görüşündə
də əsas mövzulardan olmuşdur. Si Cinpin bundan
məmnun olduğunu bildirərək vurğulamışdır
ki, əmtəə dövriyyəsi 3 milyard dollara çatıb və artım üçün potensial da var.
Xatırladaq ki,
Azərbaycan artıq Çinin 6 şəhərində
ticarət evi açıb, bununla da həmin ölkənin
bazarında öz məhsullarını təşviq
etməyə çalışır.
Azərbaycan "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən və
buna qoşulan ilk dövlətlərdən
biridir. Odur ki, ölkəmizin nəqliyyat-logistika imkanları,
bu sahəyə investisiyalar qoyduğu da qeyd edilmişdir.
Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin ötürücülük imkanlarının
5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma
qabiliyyətinin 15 milyon
tondan 25 milyon tona çatdırılması
vurğulanmışdır.
Orta dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq,
bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən
Qərb istiqamətinə,
eyni zamanda Qərb istiqamətindən
də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi, eləcə
də bir sıra digər sahələrlə bağlı
fikir mübadiləsi aparılması ölkələrimiz
arasında iqtisadi əlaqələrin daha sürətlə inkişaf
edəcəyindən xəbər
verir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
5 iyul (№ 138).- S.8.