Muxtar Babayev: Biz maliyyə planları, büdcələri hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik

 

 

Ətraf mühit, sosial idarəetmədə (ESG), o cümlədən dayanıqlı inkişafda özəl sektorun öz ambisiyalarını yüksəltməsi kollektiv tərəqqimiz üçün davamlılıq öhdəliklərini sürətləndirməsi lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın ekologiya təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığımövzusunda keçirilən Ətraf Mühit, Sosial İdarəetmə Sammitində videobağlantı zamanı deyib.

"Biz birgə işləməklə dövlət özəl qurumların ESG-nin həyata keçirilməsində anlayışlar, strategiyalar ən yaxşı təcrübələri paylaşa biləcəyi əməkdaşlıq mühitini inkişaf etdirmək səylərini dəstəkləyə bilərik. Ortaq problemlərimiz üçün işlək həll yolları tapılması məqsədilə özəl sektora ehtiyacımız var. Biz maliyyə planları, büdcələri hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik. Ümid edirik ki, şirkətlər kapitalı necə bölüşdürdükləri investisiya qərarlarının iqlim məqsədlərimizə uyğun olmasını necə təmin etdiklərini göstərə biləcək şəkildə COP29-a hazır gələ bilərlər.

İqlimə müsbət təsir göstərən iqtisadi modellər yarada bilmək məqsədilə yaşıl kapital bazarlarını dərinləşdirmək üçün maliyyə xidmətləri sənayesinə ehtiyacımız var”, - deyə M.Babayev qeyd edib.

 

Azərbaycan.-2024.- 5 iyul (№ 138).- S.7.