Vladanka Andreyeva "29 İqlim
söhbəti: COP29-a gedən yol" təşəbbüsünün
səmərəliliyində danışıb
Dayanıqlı
inkişaf naminə dövlət-özəl tərəfdaşlığı"
mövzusunda ekoloji, sosial və idarəetmə (ESG) sammiti
BMT-nin Azərbaycanda "29 İqlim söhbəti: COP29-a gedən
yol" çərçivəsində keçirilən sayca
15-ci tədbiridir.
Bu barədə
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Vladanka Andreyeva "Dayanıqlı inkişaf naminə dövlət-özəl
tərəfdaşlığı" mövzusunda ekoloji,
sosial və idarəetmə (ESG) sammitində deyib.
"29
İqlim söhbəti: COP29-a gedən yol" təşəbbüsümüz
ümummilli dialoqa, eləcə də iqlim dəyişikliyi və
ədalətli keçid üzrə tədbirlərə təşəbbüs
göstərməkdir", - deyə V.Andreyeva
vurğulayıb.
Onun sözlərinə
görə, hökumət, özəl sektor, qeyri-hökumət
təşkilatları və akademik dairələrin nümayəndələri
arasında bu cür görüşlər-söhbətlər
COP29-un məqsədlərinin başa düşülməsini
asanlaşdıracaq və iqlim dəyişikliyi ilə
bağlı problemlərin təcili həlli ilə
bağlı operativ şəkildə lazımi tədbirlərin
görülməsinə kömək edəcək.
Azərbaycan.-2024.-
5 iyul (№ 138).- S.7.