Sülh sazişini imzalamaq üçün yaxşı imkan var

 

 

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionda sülhün, sabitliyin tərəfdarı olduğunu bu istiqamətdə atdığı qətiyyətli addımlarla, həyata keçirdiyi məqsədyönlü işlərlə göstərir.

Otuz ildən çox müddətdə xeyli hadisələrin şahidi olduq. Bu illər ərzində ölkəmizin ərazilərində ikinci Ermənistan dövləti yaratmaq istəyən erməni quldurlarının işğalçılıq niyyətinin ağrı-acılarını biz azərbaycanlılar çəkdik. Əzəli torpaqlarından - Qərbi Azərbaycandan qovulan bizim soydaşlarımız oldu. Doğma yurdunu, isti ocağını tərk etmək istəməyənlər işgəncələrə məruz qaldılar, qətlə yetirildilər. Həmin vaxtlar - 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ Şərqi Zəngəzur ərazilərində silahlardan atəş açılır, qan tökülürdü. Burada da hücum edənlər təcavüzkar ermənilər, hücuma məruz qalanlar, ahı, naləsi, fəryadı ərşə bülənd olan isə azərbaycanlılar idi.

Ölkəmizin ərazilərinin iyirmi faizi Ermənistan tərəfindən işğal olundu. Qarabağda, Şərqi Zəngəzurda təcavüzkar ermənilər azərbaycanlılara qarşı dəhşətli cinayətlər, qırğınlar, soyqırımları törətdilər. Şəhid olan, şikəst edilən, itkin düşən, əsir götürülən soydaşlarımızın dərdlərini otuz ilə yaxın Ermənistanın işğal altında saxladığı ərazilərimizin həsrəti, nisgili ilə birgə çəkdik. Bütün dünya Ermənistanın cinayətkarlığını da, işğalçılığını da, beynəlxalq qanunları saymadığını da gördü təəssüf ki, susdu.

Azərbaycanlılarsız qalan Qarabağ Şərqi Zəngəzur ərazilərində Ermənistan yalnız hərbi istehkamlar qurdu. Erməni vandalları xalqımızın yalnız bu gününə deyil, tarixinə zərbə vurdu. Qədim milli-mədəni, dini abidələrimizi dağıtdılar, müasir tikililərimizi yerlə yeksan etdilər. Azərbaycan o illərdə münaqişənin müharibə yolu ilə həll edilməsinin tərəfdarı olmadığını öz əməlləri, qərarları ilə nümayiş etdirdi. Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edən zaman Prezident İlham Əliyevin bildirdiyi kimi, həmin dövrdə münaqişənin həlli ilə bağlı ölkəmiz tərəfindən çox böyük səylər göstərildi, lakin bu səylər uğursuz oldu. Belə ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü münaqişənin həllinə nail ola bilmədi, daha doğrusu, olmaq istəmədi. Onların hamısı Ermənistanın həyata keçirdiyi işğalın müxtəlif səbəblər üzündən həmişəlik olmasını istəyirdi. Dövlətimizin başçısı bu qənaətə prezidentlik fəaliyyətində öz şəxsi təcrübəsi əsasında gəldiyini dedi. 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü Ermənistan tərəfi ilə dəfələrlə görüşdüyünü bütün bunların heç bir nəticə vermədiyini xatırladı. Prezident İlham Əliyev qeyd etdi ki, keçmiş Minsk qrupunun üzvləri Ermənistan tərəfi bunu istəmirdi. Ermənistan tərəfi torpaqlarımızı həmişəlik işğal altında saxlamağa çalışırdı.

Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü tarixi ədaləti bərpa etdi. Ölkəmiz hərb meydanında qələbəsini diplomatik sahədə davam etdirdi. Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlara başlanıldı, münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atıldı. Sərhədlərin delimitasiya demarkasiyasının həyata keçirilməsinə start verildi. Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində Qazax rayonunun otuz il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarıldı, həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü. Məqsədyönlü işlərin həyata keçirilməsi ümumilikdə sülh prosesinin irəlilədilməsinə mühüm şərait yaratdı.

Hazırda bizim ikitərəfli səviyyədə daha yaxşı nəticələr gördüyümüzü qeyd edən dövlətimizin başçısı dedi:"Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik". Qeyd edilib ki, düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub.

Dövlətimizin başçısı hesab edir ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik: "Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı, əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın daha sonra mətn üzərində getsin".

Prezident İlham Əliyev vurğuladı ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir: "Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq".

Azərbaycan əraziləri otuz ilə yaxın işğalda qaldığı, beynəlxalq səviyyədə haqsızlıqlarla, ədalətsizliklə üzləşdiyi illərdə , indi - qalib ölkə olduğu zaman da yalnız sülh tərəfdarı olub.

Təəssüf ki, bu gün haqlıya haqlı, cinayətkara cinayətkar, işğalçıya işğalçı demək istəməyənlər az deyil. Bəzi ölkələr, beynəlxalq təşkilatlar ikili standartlar nümayiş etdirməkdən əl çəkmirlər. Belələri guya Errmənistana arxa durur, yardım edirlər, ancaq öz maraqları naminə Ermənistanı fəlakətə sürüklədiklərinin fərqində deyillər.

Azərbaycan isə öz mövqeyindədir ədalətli, davamlı sülhə nail olunması üçün böyük səy göstərir. Bunu artıq bir çox ölkənin, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri diqqətə çatdırırlar. ABŞ Dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı qeyd etdi ki, Azərbaycan Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb. Bildirdi ki, bu saziş onilliklərlə davam edən münaqişəyə son qoyacaq iqtisadi əlaqələr, iqtisadi inkişaf, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələr baxımından böyük imkan yaradacaq. ABŞ Dövlət katibi Azərbaycanın bu işdə çox böyük rola malik olduğunu vurğuladı: "Biz diplomatiya yolu ilə fəal şəkildə apararaq Azərbaycan Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdıq. Biz bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq koordinasiya həyata keçirmişik. Düşünürəm ki, bu, həqiqətən mümkündür. Mən təxminən bir həftə əvvəl bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Düşünürəm ki, bu mümkündür tam mənada Azərbaycanla Ermənistanın, həmçinin bütün regionun maraqlarına xidmət edir".

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 4 iyul (№ 137).- S.7.