Türk
dünyasının birliyi və həmrəyliyi önəmlidir
Prezident
İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan
Fidanı qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Şuşada Türkiyə Respublikasının xarici işlər
naziri Hakan Fidanı qəbul edib.
AZƏRTAC xəbər
verir ki, söhbət zamanı bir neçə gün əvvəl
Astanada dostluğun və qardaşlığın nümunəsi
olan Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz Şərif
arasında keçirilən üçtərəfli
görüş məmnunluqla xatırlandı, bundan sonra bu
formatın davamlı olacağına əminlik ifadə edildi.
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə
edilmiş razılığa əsasən, Türkiyənin
dövlət başçısının Türkiyə-Niderland
matçını izləmək üçün Almaniyaya səfər
etməsi ilə əlaqədar Şuşada keçiriləcək
Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin
vitse-prezidentinin təmsil edəcəyi vurğulandı.
Məhz
Şuşa şəhərində 2021-ci ildə Azərbaycan
ilə Türkiyə arasında müttəfiqlik əlaqələrimizin
əsasını təşkil edən Şuşa Bəyannaməsinin
imzalanmasının əhəmiyyəti vurğulandı.
Görüşdə
ölkələrimiz arasında qardaşlıq, dostluq və
müttəfiqlik münasibətlərinin bütün sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə olundu, Türk
dünyasının birliyinin və həmrəyliyinin önəminə
toxunuldu.
Söhbət
zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan
münasibətləri də müzakirə edildi.
Azərbaycan.-2024.-
6 iyul, № 139.- S.6.