Prezident İlham Əliyev
Xocalı Hava Limanında
olub
Qarabağ tarixinin
yeni dövrü
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
iyulun 5-də Xocalı
Hava Limanında olub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti
Samir Rzayev, Xankəndi şəhərində,
Ağdərə və
Xocalı rayonlarında
Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına
görüləcək işlər
barədə məlumat
verdilər.
Qeyd edək
ki, Xocalı rayonunda Xankəndi şəhərindən
10 kilometr şimal-şərqdə,
mürəkkəb relyefli
ərazidə yerləşən
Xocalı Hava Limanı
1974-cü ildə istismara
verilib. 2020-ci ildə Birləşmiş Millətlər
Təşkilatının ixtisaslaşmış
təşkilatı - Beynəlxalq
Mülki Aviasiya Təşkilatı (ICAO) Xocalı
Hava Limanına UBES indeksi
verməklə onun Azərbaycana məxsus olduğunu təsdiqləyib.
Bildirildi ki, dəniz
səviyyəsindən 575 metr
hündürlükdə yerləşən
Xocalı aeroportunun ərazisi 188,5 hektardır.
Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur.
Perron ərazisində hava
gəmiləri üçün
ümumilikdə üç
dayanacaq mövcuddur.
Məlumat verildi
ki, Xocalı Hava Limanının
infrastrukturunun inkişaf
etdirilməsi məqsədilə
bir sıra təkmilləşdirmə işlərinin
aparılması nəzərdə
tutulub. Belə ki, mövcud uçuş-enmə
zolağının uzunluğu
3000 metrədək, eni
isə 60 metrədək
genişləndiriləcək. Hava limanının ərazisinin
optimallaşdırılması işləri həyata keçiriləcək və
burada ümumi sahənin 177,27 hektar,
perron ərazisinin isə
47 min kvadratmetr olması
planlaşdırılır. Görüləcək bütün
işlər beynəlxalq
norma və standartlara uyğun şəkildə
həyata keçiriləcək,
hava limanı ən müasir səviyyəyə çatdırılacaq.
Diqqətə çatdıraq
ki, işğaldan azad
olunan ərazilərin
qısa müddətdə
bərpası və yenidən qurulması istiqamətində həyata
keçirilən işlər
arasında hava nəqliyyatı infrastrukturunun
yaradılması xüsusi
əhəmiyyət daşıyır.
Dövlətimizin başçısının
xüsusilə diqqət
mərkəzində saxladığı
bu sahədə görülən işlər
nəticəsində Vətən
müharibəsindən qısa
müddət sonra –
2021-ci ilin oktyabrında
Füzuli, bir il sonra isə Zəngilan Beynəlxalq
Hava limanları istifadəyə
verilib. Laçın Beynəlxalq Hava Limanının
tikintisinin isə bu ilin sonunda
başa çatdırılması
planlaşdırılır. Xocalı Hava Limanında görüləcək işlər
bölgənin inkişafına
əlavə töhfə
verəcək.
Azərbaycan.-2024.- 6 iyul,
№ 139.- S.2.