Xankəndidə əsaslı təmir
və bərpadan sonra “Qarabağ” hotelinin
açılışı olub
Qarabağ
tarixinin yeni dövrü
İyulun 5-də
Xankəndi şəhərində əsaslı təmir və
bərpadan sonra “Qarabağ” hotelinin açılışı
olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev açılışda iştirak edib.
Azərbaycan
Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə
dövlətimizin başçısına görülən
işlərlə bağlı məlumat verdi.
Qeyd edildi ki,
hotel ötən əsrin ortalarında istifadəyə verilib.
2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində
ərazi bütövlüyümüzün tam bərpasından
sonra Prezident İlham Əliyevin tapşırığına əsasən,
hoteldə təmir-bərpa və yenidənqurma işlərinin
həyata keçirilməsinə başlandı. Yenidənqurma
işlərindən sonra bina ilkin görkəminə
qaytarılıb.
Bildirildi ki,
hotelin keçmiş adı da qaytarılıb və
“Qarabağ” adı ilə fəaliyyət göstərəcək.
Müasir səviyyəyə çatdırılan hoteldə
Xankəndi şəhərinə səfər edəcək
qonaqların rahatlığı üçün hər
cür şərait yaradılıb. Burada müxtəlif
kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların
ixtiyarına veriləcək. Hoteldə işgüzar
görüşlər və tədbirlər keçirmək də
mümkün olacaq.
Hotelə
yaxın olan ərazidə abadlıq işləri də
görülüb.
Azərbaycan.-2024.-
6 iyul, ¹ 139.- S.3.