Xankəndi Konqres Mərkəzinin təməli
qoyulub
Qarabağ
tarixinin yeni dövrü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısına layihə
barədə məlumat verildi.
Bildirildi ki,
Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr,
tikintialtı sahəsi isə 2 min kvadratmetrə yaxın
olacaq. Mərkəzin dörd mərtəbədən və bir
zirzəmi qatından ibarət binasında müxtəlif tədbir
və ziyafətlərin keçirilməsi üçün
zallar olacaq. Burada əyləncə və istirahət
üçün idman zalı, qapalı hovuz və SPA
zonası da yaradılacaq.
Dövlətimizin
başçısına Konqres Mərkəzi ilə bir
kompleksdə yer alan “Xankəndi” hotelinin layihəsi barədə
də məlumat verildi.
Qeyd edildi ki,
hotelin ümumi sahəsi 3800 kvadratmetr, tikintialtı sahəsi
isə 900 kvadratmetrdir. Hoteldə müxtəlif tipli 105 otaq
olacaq. Bundan başqa, burada ən müasir iaşə məkanları
da yaradılacaq. Binanın birinci mərtəbəsində
“Lobby Lounge & Terrace” restoranı fəaliyyət göstərəcək.
Vurğulandı
ki, Qarabağın özünəməxsus memarlıq
üslubunda inşa ediləcək kompleksdə ölkə və
beynəlxalq əhəmiyyətli tədbirlərin
keçirilməsi üçün ən müasir tələblərə
uyğun şərait yaradılacaq.
Dövlətimizin
başçısı Xankəndi Konqres Mərkəzinin təməlini
qoydu.
Azərbaycan.-2024.-
6 iyul, ¹ 139.- S.3.