Prezident İlham Əliyev Xankəndidə
əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin
açılışında iştirak edib
Qarabağ
tarixinin yeni dövrü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Xankəndi şəhərində əsaslı təmir və
bərpadan sonra “Palace” hotelinin açılışında
iştirak edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısına hoteldə
yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, hoteldə
müxtəlif tipli 54
otaq var. Burada ən müasir iaşə məkanları
da yaradılıb. Lobbi,
açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı,
“Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və
“Dəfnə” restoranları fəaliyyət göstərəcək.
Hotelin əyləncə
və istirahət zonalarında SPA, sauna və
qapalı hovuz, idman zalı yaradılıb.
Xankəndinin mərkəzində
yerləşən “Palace” otelindən
açılan gözəl
mənzərə qonaqların
zövqünü oxşayacaq.
Azərbaycan.-2024.- 6 iyul,
¹ 139.- S.3.