Prezident
İlham Əliyev Şuşada “İsa bulağı” istirahət
kompleksinin açılışında iştirak edib
Qarabağ
tarixinin yeni dövrü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Şuşada “İsa bulağı” istirahət kompleksinin
açılışında iştirak edib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov
dövlətimizin başçısına kompleksdə
yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki,
Vətən müharibəsindən sonra İsa bulağı
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
tərəfindən tam bərpa edilib. Bulağın
özü mərmərdən hazırlanıb, “İsa
bulağı” sözləri isə milli ornamentlə
yazılıb və bulağın su təminatı da tam bərpa
olunub. Bulağın ətrafındakı istirahət mərkəzi
və restoran milli üslubda təmir edilib, ərazidə
abadlıq işləri aparılıb.
İstirahət kompleksində
4 qonaq evi və bir restoran
yerləşir.
Qeyd edək
ki, Şuşa şəhərindən
dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən
1300 metr hündürlükdə
meşəlik ərazidə
yerləşən İsa bulağı
Azərbaycanın, o cümlədən
Qarabağın ən
məşhur istirahət
yerlərindən biri hesab olunur. Bulaq
Azərbaycan təbiətinin
nadir incilərindən sayılır.
Yerli əhalinin bu hidronim haqqında məlumatına görə,
bulaq XVIII əsrdə
ilk dəfə onu qalın meşəlikdə
aşkar etmiş
İsa adlı əkinçinin
adını daşıyır.
Azərbaycan.-2024.- 6 iyul,
¹ 139.- S.4.