Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub

 

Qarabağ tarixinin yeni dövrü

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.

Şuşanın işğalı zamanı məscidin binası minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.

2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.

İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması çınqıl qatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakı günbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri görülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.

Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.

Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ Şərqi Zəngəzur Muzeyi: İşğaldan əvvəl sonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto videomateriallar yer alıb.

Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə sinaqoqlar təmir bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. Erməni təcavüzkarları şəhər rayonları, oradakı yaşayış inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətləri talan etmiş, bu ərazilərdəki dini, tarix mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoymuşdur.

İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto videomateriallar nümayiş olunur.

Muzeyinİşğal dövründə dağıdılmış tarix mədəniyyət abidələribölməsində isə işğal dövründə vandalizmə məruz qalmış tarix mədəniyyət abidələrini əks etdirən foto videomateriallar təqdim edilir. Hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 705 tarix mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Qarabağın, Şərqi Zəngəzurun, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.

İşğal dövründə ekosidbölməsində ziyarətçilərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalın insan hüquqlarının çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı uzunmüddətli talanı ilə nəticələnməsinə dair faktlar çatdırılır.

“30 illik həsrətin sonubölməsində müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxın doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotolar videomateriallar yer alıb.

Qarabağ Şərqi Zəngəzurun dirçəlişibölməsində Qarabağda Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağın Şərqi Zəngəzurun dirçəlişinə, istərsə Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin milli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib. Muzeydə məhz bu dirçəlişi əks etdirən fotolar videomateriallar da nümayiş olunur.

Burada Qarabağa Şərqi Zəngəzura dair müxtəlif nəşrlərlə tanış olmaq mümkündür. MuzeydəŞuşada dörd fəsilbeynəlxalq fotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanın mənzərələrini əks etdirən əsərlər təqdim olunur.

 

Azərbaycan.-2024.- 6 iyul, ¹ 139.- S.5.