Prezident
İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin
əsaslı təmirdən sonra açılışında
iştirak edib
Qarabağ
tarixinin yeni dövrü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Şuşa şəhərində Dövlət Xidmətləri
Mərkəzinin əsaslı təmirdən sonra
açılışında iştirak edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısına Mərkəzdə
yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki,
ümumi daxili sahəsi 2600 kvadratmetr olan Dövlət Xidmətləri
Mərkəzinin yenidənqurma və təmir işlərinə
ötən ilin mayında başlanılıb. Buradakı
keçmiş poçt binasında və onun yerləşdiyi
ərazidə Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi tərəfindən əsaslı təmir
işləri aparılıb, geniş yaşıllıq
zonası salınıb.
Dördmərtəbəli
binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət”
və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə
qovşağı) filialları fəaliyyət göstərəcək.
Diqqətə
çatdırıldı ki, burada fəaliyyət göstərəcək
qurumlar üzrə 56 nəfərin aidiyyəti üzrə
işlə təmin edilməsi nəzərdə tutulur.
Mərkəzdə
işləyəcək əməkdaşların Şuşa
şəhər sakini olması təmin edilib.
Bildirildi ki,
buradakı Şuşa regional “ASAN xidmət” mərkəzində
21 nəfər çalışacaq. İşçilərin
hamısı Şuşada qeydiyyatda olan vətəndaşlar
arasından (köç siyahısından) seçilib.
Azərbaycan.-2024.-
6 iyul, ¹ 139.- S.5.