Azərbaycan,
Özbəkistan və Qırğızıstan prezidentləri
Şuşada birinci yaşayış kompleksində və
Aşağı Gövhər Ağa məscidində olub,
şəhəri gəziblər
Qarabağ
tarixinin yeni dövrü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə
səfərdə olan Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev və Qırğız
Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də
Şuşada 23 binadan ibarət birinci yaşayış
kompleksində və Aşağı Gövhər Ağa məscidində
olub, şəhəri gəziblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı əvvəlcə
Şuşa şəhərinin
sakinləri ilə söhbət etdi:
Sakinlər: Cənab
Ali Baş Komandan, necəsiniz?
Haqqınız olan, haqqımız olan şəhərə xoş
gəlmisiniz.
Prezident İlham Əliyev:
Sağ olun. Sizə alqışlar.
Sakinlər: Yaşasın
Azərbaycan xalqı!
Prezident İlham Əliyev:
Necə yaşayırsınız
burada?
Sakinlər: Əla.
Kişi sakin: Cənab Prezident, 1982-ci ildə rəhmətlik
Heydər Əliyev Şuşaya
qışda gələndə
yazmışdım: “Oğlumu
göylərdə tutan
el gördüm Şuşada”. 2003-cü ildə
Siz prezident seçkisinə gedəndə
mətbuatda ilk dəfə
canlı yayımda mən Sizi təbrik
edərək demişəm:
“Yolun
qarasında sına bəxtini,
Yolun adı elə ağdı Səninçün,
Şuşaya yolları
sən dolanmasan,
Bu dünya ömürlük
dağdır Səninçün”.
Şükür ki, bu yolu dolandıq.
Prezident İlham Əliyev:
Sağ olun. Necə yaşayırsınız
burada, hər şey yaxşıdır?
Sakinlər: Allaha şükür.
Prezident İlham Əliyev:
Allaha şükür.
Uşaqlar: İlham baba, biz Sizi çox istəyirik.
Prezident İlham Əliyev:
Sağ olun. İndi qardaş ölkələrin
rəhbərləri də
gəlib Şuşaya,
gözəl tədbir
keçiriləcək.
Aydın Kərimov: Bu, bizim rəssam Rövşən müəllimdir.
Prezident İlham Əliyev:
Salam Rövşən müəllim, yeni əsərlər var?
Rəssam Rövşən Bayramov:
Var, var.
Qadın sakin: Buyurun, baxın.
Aydın Kərimov: Sərgilənmək
üçün yer ayırmışıq.
Prezident İlham Əliyev:
Oradan görürəm,
eyvanda. Bu, yeni əsərdir?
Rəssam Rövşən Bayramov: Bəli.
Prezident İlham Əliyev:
Ay maşallah, ilham gəlib sizə doğma Vətənə qayıdandan sonra?
Sakin: Merdinli məhəlləsidir.
Prezident İlham Əliyev:
Gəl, qızım, gəl.
Şuşalı qız:
Necəsiniz?
Prezident İlham Əliyev:
Sağ ol, sən necəsən?
Şuşalı qız:
Çox sağ olun, yaxşıyam.
Prezident İlham Əliyev:
Gəl şəkil çəkdirək. Neçə
yaşın var sənin?
Şuşalı qız:
Mənim 15 yaşım
var. Birini də bizim telefonla çəkdirə bilərik?
Prezident İlham Əliyev:
Olar, əlbəttə.
Aydın Kərimov: “Türk dünyasının
gənclər paytaxtı”nın açarını
bu qıza təqdim etmişdilər.
Prezident İlham Əliyev:
Nə yaxşı. Yəqin sentyabrda məktəbə də gedəcəksən?
Şuşalı qız:
Bəli. Sizin çox gözəl sözləriniz var: “Əziz
Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq.
Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan
xalqı! Eşq olsun Azərbaycan xalqına, Azərbaycan Ordusuna!”.
Prezident İlham Əliyev:
Sağ ol, qızım.
Şuşalı qız:
Çox sağ olun, minnətdaram.
Prezident İlham Əliyev:
Sağ ol.
x x
x
Dövlətimizin başçısı
Qırğızıstan Prezidenti
Sadır Japarovu qarşıladı.
Prezident İlham Əliyev:
Salaməleyküm.
Prezident Sadır
Japarov: İlham Heydər oğlu,
Sizi görməyə
şadam.
Prezident İlham Əliyev:
Salam, şuşalılar Sizi
salamlayırlar. Bizim qardaşımız,
Qırğızıstan Respublikasının
Prezidenti.
Kişi sakin: Yaşasın Turan! Yaşasın
Türk dünyası!
x x
x
Sonra Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.
Dövlət başçıları
Şuşa şəhərini
gəzdilər.
Qonaqlara yeni Şuşa
məscidinin layihəsi
barədə məlumat
verildi.
Bildirildi ki, qədim
Şuşada təməli
qoyulan məscid həm də müasir memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəsi və mozaika ilə bəzədiləcək
günbəzi olan məscidin layihələndirilməsi
azərbaycanlı və
italiyalı memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim
məscidinin minarələrində
istifadə edilən həndəsi naxışlarla
bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi,
keçmişlə bu
gün arasındakı
əlaqəni təcəssüm
etdirəcək. Yeni məscidin
təməlini 2021-ci il mayın
12-də Prezident İlham Əliyev,
birinci xanım Mehriban
Əliyeva, qızları
Leyla Əliyeva və
Arzu Əliyeva qoyublar.
Sonra Prezident İlham Əliyev,
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev və Qırğızıstan
Prezidenti Sadır Japarov Aşağı
Gövhər Ağa məscidində oldular.
Məlumat verildi
ki, Şuşa şəhəri
işğal altında
olduğu illərdə
erməni vandalizminə
məruz qalan Aşağı Gövhər Ağa məscidində aparılan
bərpa işləri
artıq başa çatıb. XIX əsrdə
Kərbəlayi Səfixan
Qarabağinin memarlığı
ilə ərsəyə
gələn bu məscid İbrahim xanın
qızı Gövhər Ağa tərəfindən Şuşada
inşa etdirilmiş məscidlərdən birincisi
sayılır. Aşağı
Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq
rəmzlərindən biridir.
Şuşanın işğalı
zamanı məscidin binası və minarələri ermənilərin
zirehli texnikalarının
atəşlərinə məruz
qalaraq ciddi zədələnib, məscid
vandalizmin qurbanına çevrilib. 2021-ci ilin dekabrında Heydər Əliyev
Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa işlərinə
başlanılmışdı. Bərpa işləri zamanı Aşağı
Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra
faktlar aşkarlanıb.
Belə ki, məscidin
divarlarında müxtəlif
yazılar, müdaxilələr,
o cümlədən divara
həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə
erməni vandalizminə
məruz qalmış
mədrəsə binasının
da dağıntılarının bir qismi konservasiya
olunub.
Avtobusla şəhərin
ərazisini gəzən
dövlət başçıları
sonra Cıdır düzünə gəldilər.
Qeyd olundu
ki, Cıdır düzü
Şuşanın rəmzlərindən
biri, tarixən cıdır yarışlarının
və Qarabağ xanlığı dövründən
yerli əhalinin Novruz bayramını və digər el şənliklərini
keçirdiyi ərazidir.
Azərbaycan.-2024.-
6 iyul, ¹ 139.- S.6-7.