Dostluq qardaşlıq münasibətləri daha da inkişaf edir

 

 

Tarix boyu bir-birinə dəstək olub əməkdaşlıq edən, kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab edən Azərbaycan, Türkiyə Pakistan dövlətləri arasında dostluq qardaşlıq  münasibətləri durmadan inkişaf etməkdədir. Təsadüfi deyil ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ölkələr sırasında ilk yerlərdə durur. Bu, üç qardaş dövləti bir-birinə tarixi-dini köklər dostluq münasibətləri  bağlayır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə Qarabağ münaqişəsinə münasibətdə hər iki qardaş dövlət - Türkiyə Pakistan ölkəmizə  siyasi mənəvi dəstəklərini bir an olsun belə əsirgəməyiblər. Xüsusi olaraq bir məqama diqqət yetirsək görərik ki, 1993-cü il aprelin 30-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Pakistan-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.

1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Yüksək səviyyədə keçən səfər zonanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında protokol imzalanıb, "Azərbaycan Respublikası Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 1996-cı ilin 9 aprelində isə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan Pakistan prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan ediblər.

Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi-siyasi amil  hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib...

Azərbaycanla Türkiyə arasında dostluq qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Eyni soykökə milli-mənəvi dəyərlərə malik bu xalqların gələcək tarixini müdrik şəxsiyyətlər Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsi, Heydər Əliyevin "Bir millət, iki dövlət" formulu müəyyənləşdirir desək, yanılmarıq. Türkiyə Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra daim yanımızda olan, dəstəyini əsirgəməyən istənilən platformada birlikdə çalışan qardaş, dost ölkədir. Hazırda müttəfiqlik səviyyəsində inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri yalnız siyasi, iqtisadi, hərbi, mədəni deyil, ümumiyyətlə, bütün sahələrdə əlaqələr dərinləşir.

44 günlük Vətən müharibəsi başlayanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduqlarını bəyan etdi. Həmin həyəcanlı günlərdə hər an Türkiyə dövlətini təmsil edən rəsmi şəxslərin, sadə vətəndaşların qəlblərinin Azərbaycanla bir döyündüyünü hiss etdik. 

Vətən müharibəsində əldə edilən zəfərdə Türkiyədən aldığımız mənəvi siyasi dəstək xalqımıza, düşmənlə ölüm-dirim savaşına qatılan oğullarımıza mənəvi güc verdi.

İkinci Qarabağ müharibəsindəki tarixi qələbəmizdən sonra dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, Türkiyə Prezidentinin Azərbaycan Prezidentinin yanında olması dünyaya bir mesaj idi. Şuşada təşkil edilən görüşlər, Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan Türkiyə münasibətlərində yeni səhifə açdı. Azərbaycanla Türkiyə arasında həm hərbi, həm iqtisadi sahədə müttəfiqliyin rəsmiləşdirilməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni bir tarixi mərhələnin başlanğıcı oldu. Vətən müharibəsində qazanılan böyük zəfərin əsas simvolu olan mədəniyyət paytaxtımız Şuşada hər iki Prezidentin imzaladığı sənəd bu dövlətlərin həmişə birlikdə olacaqlarını, Türkiyə Azərbaycan qardaşlığının daimi əbədi olacağını təsdiqləyən tarixi bir hadisədir.

İftixarla qeyd edə bilərik ki, ölkələrimiz xalqlarımız arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirilib. Xatırladaq ki, bu, Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin Pakistanın Baş nazirinin üçtərəfli formatda keçirilən ilk zirvə görüşü idi. Onu da qeyd edək ki, liderlər bundan sonra belə görüşlərin mütəmadi xarakter daşıyacağına əminlik ifadə ediblər.

Hazırda üç ölkə arasında parlamentlərin sədrləri, xarici işlər nazirləri səviyyəsində geniş əlaqələr mövcuddur. Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar digər sahələrdə əməkdaşlıq günbəgün artmaqdadır.

2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə "Üç qardaş" şüarı altında keçirilən təlimlər, üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə aparılan təlimlər qardaş dövlətlərin hərbi müdafiə sənayesi sahələrində qarşılıqlı əməkdaşlığının yüksək inkişafını təsdiq edən amildir.

Görüşdə dövlətimizin başçısı Türkiyə Prezidentini Pakistanın Baş nazirini COP29 konfransına dəvət edib. Prezident Rəcəb Tayyib Ərdoğan Baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 6 iyul, № 139.- S.9.