Şuşa türk dünyasının dialoq mərkəzi olur

 

 

"Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün Şuşada keçirilməsi 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər ilə ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın bu təşkilatla əlaqələrinin daha da gücləndirilməsi istiqamətində göstərdiyi səylərin bariz sübutudur. İki gün davam edəcək qeyri-rəsmi toplantının mədəniyyət paytaxtımızda baş tutması Azərbaycana onun liderinə bəslənilən böyük hörmət inamın ifadəsidir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Deputat xatırladıb ki, Türk Dövlətləri Təşkilatının əsası Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda qoyulub. Azərbaycan, xüsusilə dövlətimizin başçısı hər zaman türkdilli ölkələr arasında həmrəyliyin koordinasiyalı fəaliyyətin artırılmasına böyük səy göstərib. Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü məhz Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. "Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm zəfər ərazi bütövlüyümüzün bərpası türkdilli ölkələrin özünəinam hissini artırıb. Bu gün Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrdə Prezident İlham Əliyevə qarşı böyük hörmət inam var. Şuşanın dövlət başçılarının qeyri-formal görüş yeri kimi seçilməsi bu inamın bariz təcəssümüdür", - deyə o bildirib.

Deputat qeyd edib ki, Şuşanın tarixi-mədəni zənginliyi bütün türk mədəniyyətinin zənginliyi kimi qəbul olunur. Məhz ona görə Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Şuşada keçirilməsi növbəti illərdə təşkilatın qarşısında duran əsas hədəflərin reallaşdırılması vacib məsələlərlə bağlı qərarların alınması üçün fürsətdir. Həmçinin iki gün davam edən toplantıda qarşılıqlı milli təhlükəsizliyin qorunması, Türk Dövlətləri Təşkilatını gözləyə biləcək hərtərəfli təhdidlərdən yayınma üçün birgə addımların atılması kimi vacib məsələlər müzakirə ediləcək. 

C.Paşazadə vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı liderlərinin Qarabağda toplanmasını həm Qarabağ zəfərinin birlikdə qeyd edilməsi kimi qiymətləndirmək olar.

Deputat düşünür ki, bu toplantı Şuşada imzalanmış Şuşa Bəyannaməsinə bərabər sənədin yaxın gələcəkdə bütün türk dövlətləri təşkilatları arasında imzalanması üçün əla fürsət yaradacaq.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 6 iyul, № 139.- S.9.