Tarixi
dostluqdan strateji tərəfdaşlığa
Birgə Bəyannamə səmimi və qarşılıqlı
etimada söykənən
Azərbaycan Çin münasibətlərini yeni
inkişaf müstəvisinə
yüksəltdi
Azərbaycanın xarici
siyasət kursunda dünyanın nəhənglərindən
olan Çinlə əlaqələr hər zaman prioritet təşkil edib. İki dost ölkə
arasında daim yüksələn xətlə
inkişaf edən ikitərəfli münasibətlər
strateji tərəfdaşlıq
müstəvisinə yüksəlib.
Tarixi İpək
yolunun birləşdirdiyi
bu iki ölkə
Şanxay Əməkdaşlıq
Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə toplantısı çərçivəsində Birgə Bəyannamə qəbul edərək həm də bununla gələcək əməkdaşlıqlarına geniş imkanlar açıblar.
Astanada Çin
Xalq Respublikasının
sədri Si Cinpin ilə görüşdə "Ölkələrimiz
yaxın tərəfdaşlardır
və bu gün qəbul ediləcək bəyannamə
Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir",
- deyə,
Prezident İlham Əliyev hesab etdiyini bildirdi ki, bu,
böyük nailiyyətdir,
həmçinin yüksək
məsuliyyətdir. Dövlətimizin
başçısı qeyd
etdi ki, biz gələcəkdə
də fəal qarşılıqlı fəaliyyət
göstərmək, ikitərəfli
əlaqələri bütün
istiqamətlər üzrə
möhkəmləndirmək niyyətindəyik.
Qarşılıqlı dəstək
Dünyada etibarlı
və güvənilən
tərəfdaş kimi
tanınan Azərbaycan
həyata keçirdiyi
düzgün siyasət
nəticəsində təkcə
Qərb ölkələri
ilə deyil, Asiya regionu ilə
də uğurla inkişaf edən münasibətlərə malikdir.
Xüsusilə də respublikamızın Çinlə
yüksəksəviyyəli münasibətləri mövcuddur.
İki ölkə liderləri - İlham Əliyev və Si Cinpin arasında
olan qarşılıqlı
inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq
münasibətləri əlaqələrin
möhkəmlənməsinə böyük töhfələr
verir. Çin liderinin Prezident İlham Əliyevi son prezident seçkilərində
qələbə münasibətilə
ilk təbrik edən dövlət başçılarından biri
olması da bunun bariz göstəricisidir.
İki ölkə
lideri arasında keçirilmiş görüşlər
də əlaqələrin
inkişafında mühüm
əhəmiyyət kəsb
edib. Astanada keçirilən ŞƏT-in
zirvə toplantısı
çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin
ilə görüşü
isə ikitərəfli
münasibətlərin strateji
tərəfdaşlıq səviyyəsinə
yüksəlməsi və
əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
baxımından çox
əhəmiyyətli oldu.
Görüş zamanı
Azərbaycan Prezdenti beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi,
ikitərəfli səviyyədə
qəbul edilən müxtəlif sənədlərdə
ölkələrimizin ərazi
bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə
olunmasını xüsusi
vurğuladı.
İki ölkə
arasında əmtəə
dövriyyəsi 3 milyard
dollara çatıb
Azərbaycanla Çin
arasında iqtisadi əlaqələrin ürəkaçan
olması da görüşdə bəhs
olunan məsələlərdən
oldu. Artıq iki ölkə arasında əmtəə
dövriyyəsi 3 milyard
dollara çatıb. Çinin 6 şəhərində
isə Azərbaycan 6 ticarət evi açıb.
Azərbaycan "Bir
kəmər, bir yol" layihəsini dəstəkləyən və
buna qoşulan ilk dövlətlərdən
biridir. Astanada keçirilən görüşdə
bildirildi ki, nəqliyyat-logistika imkanları,
bu sahəyə investisiyalar qoyulması və daim onu
təkmilləşdirilməsi sayəsində respublikamız
xeyli uğurlar qazanıb. Bu xüsusda Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin ötürücülük
imkanlarının 5 milyon
tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin
15 milyon tondan 25 milyon tona çatdırılması
vurğulanıb.
Eləcə də
Orta dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq,
bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən
Qərb istiqamətinə,
eyni zamanda Qərbdən Çinə
və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi ilə
bağlı fikir mübadiləsi aparıldı.
Çinlə təkcə
iqtisadi deyil, siyasi əlaqələr də uğurla inkişaf edir. Ölkələrimiz qarşılıqlı
olaraq bir-birilərinin
suverenliyini dəstəkləyirlər. Sözügedən
görüşdə də
ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin
mövqelərinin üst-üstə
düşdüyü xüsusi
vurğulandı. Prezident
İlham Əliyev bildirdi ki, Azərbaycan
daim "Vahid Çin" siyasətini dəstəkləyir.
Dövlətimizin başçısı
Azərbaycanın multilateralizmə
- çoxtərəfli diplomatiyaya
böyük əhəmiyyət
verdiyini vurğulayaraq
qeyd etdi ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq
prinsipinin tərəfdarıdır.
İkili standartlardan əziyyət çəkmiş
ölkəmiz də daxili işlərimizə qarışmaq cəhdlərini
qəbul etmir.
Mühüm tarixi-siyasi
hadisə
ŞƏT çərçivəsində
keçirilən görüşdə
Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin
tərəfindən "Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın
qurulması haqqında
Birgə Bəyannamə"nin
qəbul olunması isə mühüm tarixi-siyasi əhəmiyyətə
malik oldu.
Birgə Bəyannaməyə
əsasən, tərəflər
beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı
fonunda siyasi, iqtisadi və mədəni sahələrdə
əməkdaşlığı genişləndirməyə, beynəlxalq
məsələlərdə qarşılıqlı fəaliyyəti
gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birlikdə
irəlilətməyə dair
razılıq əldə
ediblər.
Tərəflər həmçinin
ərazi bütövlüyünə
və suverenliyə qarşılıqlı hörmət,
hücum etməmək,
daxili işlərə
qarışmamaq, bərabərlik,
qarşılıqlı fayda
və dinc birgəyaşayışa sadiqliyi
təsdiqləyib.
Birgə Bəyannamə
ilə Azərbaycan və Çin terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün
ciddi təhdidlər yaratdığını və
bu çağırışların
qarşısını almaq
və onlara qarşı mübarizə
aparmaq üçün
ümumi səylərin
birləşdirilməsini tələb
etdiyini vurğulayırlar.
Göründüyü kimi, Azərbaycanla Çin arasındakı əlaqələr tarixindəki
ən yüksək pilləyə qalxıb. İki ölkə arasında Birgə Bəyannamənin qəbul
olunması ilə ölkələrimizin münasibətləri
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib.
Dünyanın iqtisadi
və siyasi güc mərkəzlərindən
olan Çinlə bu cür səmimi
və qarşılıqlı
etimada əsaslanan münasibətlərin qurulması
Azərbaycanın dünyada
böyük nüfuz sahibi olduğunun göstəricisi, Prezident İlham Əliyevin yürütdüyü uğurlu
xarici siyasətin əyani təzahürüdür.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
6 iyul, ¹ 139.- S.10.