Ölkəmizin
ŞƏT-lə əməkdaşlığının
perspektivləri çox
böyükdür
Astana zirvə görüşü
əlaqələrin inkişafına
yeni impuls verəcək
"Şanxay Əməkdaşlıq
Təşkilatı dünya
əhalisinin 3 milyard nəfərindən və
dünya iqtisadiyyatının
40 faizindən çoxunu
özündə cəmləşdirən
beynəlxalq qurumdur. Bu təşkilatda dünya iqtisadiyyatının
nəhəngləri olan
Çin və Rusiya var, o cümlədən
bir çox iqtisadi gücə malik ölkələr də müşahidəçi
və dialoq tərəfdaşı qismində
ŞƏT sammitlərində iştirak edirlər".
Bu sözləri
qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, belə böyük
və dünya üçün əhəmiyyətli
təşkilata Azərbaycanın
iki dəfə fəxri qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin apardığı xarici siyasi kursun uğuru
və Azərbaycanın
dünyada artan nüfuzunun göstəricisidir.
A.Badamovun sözlərinə
görə, Azərbaycan
beynəlxalq dəhlizlər
vasitəsilə Avropa
ilə Asiya arasında körpü yaradır. Bu baxımdan, ŞƏT-də
Azərbaycanın iştirakı
bu təşkilata üzv ölkələr üçün də yeni imkanlar açır.
Əslində, Azərbaycanın
ŞƏT-ə daxil olan
dövlətlərlə yüksəksəviyyəli
ikitərəfli münasibətləri
var, həmçinin bu təşkilata üzv olan ölkələrin
əksəriyyəti türkdilli
dövlətlərdir. Bu
baxımdan, Azərbaycanın
ŞƏT-lə əməkdaşlığının
perspektivləri çox
böyükdür. "İyulun
3-4-də Prezident İlham
Əliyev Qazaxıstanın
paytaxtı Astanada təşkil olunmuş Şanxay Əməkdaşlıq
Təşkilatının 24-cü sammiti çərçivəsində
Rusiya, Çin, Qazaxıstanın dövlət
başçıları ilə
ikitərəfli, Türkiyə
Prezidenti və Pakistan Baş naziri ilə üçtərəfli görüşlər
keçirdi. Dövlət
başçısının keçirdiyi hər bir görüş ölkələrimiz arasında
əməkdaşlığın səviyyəsinə baxış
keçirilməsinə və
gələcək imkanların
dəyərləndirilməsinə bir fürsət oldu. Bu baxımdan,
zirvə görüşü
dövlət başçıları
arasında ünsiyyət
üçün də
bir platformadır",
- deyə deputat bildirib.
A.Badamov qeyd edib ki, Prezident
İlham Əliyevin Çin Xalq Respublikasının Sədri
Si Cinpin ilə keçirdiyi görüşdə imzalanan
strateji tərəfdaşlıq
haqqında bəyannamə
isə xüsusi əhəmiyyətə malikdir.
Bu bəyannamə ölkələrarası münasibətlərin
gələcək inkişafında
yeni səhifə açır. Çin dünyanın ən böyük iqtisadiyyatı,
əhalisi olan və dünya siyasətinə böyük
təsir gücünə
malik ölkədir. Görüş çərçivəsində
dövlət başçıları
ölkələrarası münasibətlərin
mövcud vəziyyəti
və gələcək
perspektivlər ətrafında
müzakirə apardılar.
Azərbaycanla Çin
arasında 3 milyard dollardan çox ticarət dövriyyəsi
mövcuddur, eyni zamanda Çin Azərbaycanın ən böyük idxalçılarından
biridir. Azərbaycan Çinin 6 şəhərində
ticarət evləri açmışdır. Qeyri-neft
sektorunda istehsal edilən məhsullarımızın
bu ölkənin bazarlarına çıxarılması
üçün işlər
aparılır.
Deputat vurğulayıb
ki, Azərbaycan və Çin arasında münasibətlərdə regional
və qlobal təhlükəsizlik, terrorizm
və separatizmə qarşı mübarizə,
iqtisadi, humanitar, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi
yer tutur: "Belə ki, Azərbaycana
Çindən yüksək
texnologiyalar və innovasiyalar sahəsində
investisiyalar yatırılır.
Azərbaycan Çin vətəndaşlarının vizadan birillik azad edilməsi məsələsini həll
edir. O cümlədən
Çin Sədri də Azərbaycan vətəndaşları üçün
eyni qaydanın tətbiqinə baxılacağını
qeyd edib. Azərbaycanda Çin dilinin öyrənilməsinə
diqqət artırılacaq.
Azərbaycan Çinin
təşəbbüsü olduğu "Bir kəmər, bir yol" layihəsinin aktiv iştirakçısıdır.
Ölkəmiz ərsəyə
gətirdiyi "Şimal-Cənub"
və "Qərb-Şərq" nəqliyyat
dəhlizləri, o cümlədən
Trans-Xəzər marşrutu,
Bakı-Tbilisi-Qars dəmir
yolu ilə Çindən çıxan
yüklərin Avropaya
və əks istiqamətdə daşınmasına
yeni imkanlar yaradır".
Deputat xatırladıb
ki, dövlət başçıları görüşdə
bir-birini rəsmi səfərlərə dəvət
edib və Çin Xalq Respublikasının Sədri
COP29-da ölkəsinin yüksək
səviyyədə təmsil
olunacağını bildirib.
Təbii ki, bu, dövlətlərimiz arasında münasibətlərin
çox yüksək
səviyyədə olmasının
göstəricisidir.
Deputatın fikrincə,
"ŞƏT plyus" formatında
keçirilmiş görüşdə
iştirak edən fəxri qonaqlardan çıxış etmək
üçün ilk sözün Prezident İlham Əliyevə verilməsi də ölkəmizin bu təşkilat üçün
əhəmiyyətindən irəli gəlir. Çünki Azərbaycan
"Şimal-Cənub" və
"Qərb-Şərq" nəqliyyat dəhlizləri
vasitəsilə ŞƏT-lə əməkdaşlığın
genişləndirilməsində xüsusi rol oynayır. Dövlət başçısı bu nəqliyyat kommunikasiyalarının
imkanları və gələcəkdə verəcək
töhfələri ilə
bağlı həmkarlarını
məlumatlandırdı. Orta
dəhlizin rəqəmsallaşdırılmasının
vacibliyindən danışan
ölkə rəhbəri
bu dəhlizin yük daşımalarda artan rolunu xüsusilə
qeyd etdi. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq tədbirlərin əhəmiyyətindən,
Qoşulmama Hərəkatına
sədrlik dövründə
bu təşkilatın
institutlaşması istiqamətində
atılan addımlardan
danışan dövlət
başçısı COP29 beynəlxalq konfransının
verə biləcəyi
töhfələri qeyd
etdi. "Prezident İlham Əliyev 200 ölkənin dəstəyi
ilə Azərbaycanın
bu il COP29-a evsahibliyi edəcəyini bildirərək dedi ki, ölkəmiz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında
körpü yaradacaq. Ümumiyyətlə, Bakıda
keçiriləcək COP29 qlobal iqlim dəyişikliklərinə
qarşı mübarizədə
dünya ölkələri
arasında həmrəylik
yaratmaqla sammit tarixində yeni bir səhifə açacaq", - deyə A.Badamov qeyd edib.
O bildirib ki, Prezident İlham Əliyevin Astanaya səfərini həm də COP29-a hazırlıq
prosesi kimi də qeyd etmək
olar. Çünki
ŞƏT dövlət başçılarının
hamısı COP29-da yüksək
səviyyədə təmsil
olunacaqlar.
Deputat bütün
bunları nəzərə
alaraq dövlətimizin
başçısının Qazaxıstana səfərinin
çox uğurlu olduğunu hesab edir. Onun fikrincə,
bu səfər Azərbaycanın Şanxay
Əməkdaşlıq Təşkilatına
üzv dövlətlər
ilə əlaqələrinin
daha da möhkəmlənməsinə
və inkişafına
yeni impuls verəcək.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
6 iyul, № 139.- S.10.