Azərbaycan artıq təkcə regional əhəmiyyətli dövlət deyil

 

 

Prezident İlham Əliyevin Astanada keçirdiyi görüşlər ölkəmizin beynəlxalq məsələlərin həllində önəmini göstərdi

 

 

 

Dünyada qütbləşmə getdikcə dərinləşir. Qərb-Şərq qarşıdurması yeni iqtisadi birliklərin bir sıra regional təşkilatların formalaşmasına gətirib çıxarır.

Elə iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində zirvə toplantısı keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı da dünyada baş verən qütbləşmə prosesləri nəticəsində yaranıb. Bu təşkilatda Çin kimi dünya nəhənginin iştirakı onun çəkisini daha da artırır. Hazırda Çin dünyanın ən böyük istehsalçısı rolunu üzərinə götürüb. Təbii ki, istehsal varsa, deməli, ixrac da var. Çin digər Asiya ölkələrinin istehsalda önə keçməsi onların geniş ixrac imkanlarının yaranması deməkdir. İndi əvvəlkindən fərqli olaraq mallar Avropadan Asiyaya yox, daha çox əks istiqamətə - Asiyadan Avropaya daşınır. Bunun üçünsə nəhəng tranzit dəhlizinə ehtiyac var.

Azərbaycan bu prosesdə ən uduşlu ölkə sayılır. Başqa sözlə desək, Şərqdən Qərbə, Şimaldan Cənuba gedən beynəlxalq ticarət marşrutunda Azərbaycan qovşaq ölkə hesab olunan Çində Mərkəzi Asiyada keçirilən bütün tədbirlərə Prezident İlham Əliyevin dəvət olunması da bununla bağlıdır. Çünki bu istiqamətdə ölkəmizin qatılmadığı hər hansı bir layihəni icra etmək mümkün deyil. Zirvə görüşündən öncə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevlə Orta dəhliz ətrafında geniş fikir mübadiləsi aparmaları, Azərbaycanın bu işdə əhəmiyyətini xüsusi vurğulamaları bunu sübut edir.

Sözügedən görüşdə Azərbaycan Prezidenti Çinin dövlət başçısı bir sıra siyasi iqtisadi məsələlərlə yanaşı, iki ölkə arasında qlobal ticarət marşrutu ilə bağlı məsələni ətraflı müzakirə etdilər. Müzakirə zamanı Orta dəhlizdə yeni texnologiyaların tətbiqinin Şərqdən Qərbə əks istiqamətə yüklərin daşınmasına müsbət təsir göstərəcəyi xüsusi qeyd olundu.

Son dövrlər Orta dəhlizlə yüklərin daşınma dinamikasında müsbət artım müşahidə edilir. Bunun nəticəsidir ki, Çin bu aydan başlayaraq Sian limanından Bakıya Orta dəhlizlə gündə bir dəfə olmaqla müntəzəm konteyner blok qatarları göndərməyə başlayıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin verdiyi məlumata görə, məişət malları, avtomobil ehtiyat hissələri  ilə yüklənmiş ilk qatarın Qazaxıstan Xəzər dənizindən keçməklə bir neçə günə Bakıya çatması gözlənilir.

Söz düşmüşkən qeyd edək ki, Qazaxıstan Çin yüklərin dəmir yolu ilə yanaşı, avtomobillə daşınmasına da maraq göstərir. Bu iki ölkə artıq Kurik dəniz limanından yüklərin Orta dəhlizlə Avropaya avtomobil yolu ilə daşınmasının sınaq rejiminə start verib. Bununla da  tarixdə ilk dəfə Kurik Bakı dəniz limanları vasitəsilə Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə yüklərin sınaq tranzit daşınmasına başlanıb. İlk yük karvanı Çinin Urumçi şəhərindən artıq yola salınıb.

"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında" Birgə Bəyannamənin 2.3 bəndində iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanır. Həmin bənddə yazılıb: "Tərəflər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, "Bir kəmər, bir yol" çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafına dair sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirirlər". Bu onu göstərir ki, Çinlə Azərbaycan Orta dəhlizlə bağlı əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər. Bu baxımdan, Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında keçirilən görüşdəki çıxışında Azərbaycanın qlobal nəqliyyat dəhlizlərində tranzit ölkə kimi əhəmiyyətinə imkanlarına geniş yer ayırması təsadüfi deyil. Dövlətimizin başçısı çıxışında ölkəmizin tranzit imkanları görülən işlər barəsində demişdir: "Şərq-Qərb" "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir".

Prezident İlham Əliyev Orta dəhlizlə yanaşı, ölkəmizin "Şimal-Cənub" nəqliyyat dəhlizində mühüm ölkə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Vurğulamışdır ki, Azərbaycan həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Dövlət başçısının sözlərinə görə, "Şimal-Cənub" dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu avtomobil infrastrukturu hazırdır uğurla fəaliyyət göstərir. Prezident onu da bildirmişdir ki, hazırda ölkəmiz dəmir yolu daşımalarının həcmini ildə 15 milyon tona qədər artırılması üzərində işləyir. Sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Astana görüşündə diqqəti cəlb edən əsas məsələlərdən biri Astana zirvə toplantısında iştirak edən dövlət başçılarının Prezident İlham Əliyevlə görüşmək müəyyən məsələlərdə anlaşmaq istəmələrini nümayiş etdirmələri oldu. Xüsusilə Çinin Azərbaycanla strateji tərəfdaşlıq haqqında imzaladığı bəyannamə mühüm əhəmiyyətə malikdir. Bu fakt onu göstərir ki, Çin ticarət məsələlərində Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bütün bunlarsa o deməkdir ki, Azərbaycan təkcə regional yox, həm qlobal məsələlərin həllində önəmli ölkəyə çevrilir.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 6 iyul, № 139.- S.10.