Azərbaycanın nüfuzu daha da güclənir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən növbəti zirvə görüşündə iştirakı son dövrlərin ən mühüm yeniliklərindəndir. Səfər çərçivəsində dövlətimizin başçısının Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan prezidentləri ilə görüşləri olub, bu ölkələrlə Azərbaycan arasındakı münasibətlərə dair bir çox strateji məsələlər müzakirə edilib.

Azərbaycan adını çəkdiyimiz ölkələrin hər biri ilə getdikcə inkişaf edən xoş münasibətlərə malikdir. Bu əlaqələrdə Azərbaycan Prezidentinin liderlik xüsusiyyətlərinin, beynəlxalq aləmdə ona olan dərin rəğbətin, cənab İlham Əliyev şəxsiyyətinə inam güvənin, təbii ki, çox böyük rolu var. Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə ayrı-ayrı ölkələrin dövlət hökumət başçıları ilə keçirilən görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli münasibətlərin daha bir göstəricisi oldu. 

 

 

 

Əməkdaşlığa doğru addımlar

 

 

 

Bu qurumun əsas məqsədi ölkələr arasında mehriban qonşuluq dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi iqtisadi quruluşun yaradılmasıdır.

Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci ildə yaradılıb. Quruma üzv dövlətlər Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan Özbəkistandır. Əfqanistan, İran, Monqolustan Belarus təşkilatda müşahidəçilər kimi təmsil olunurlar. Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan Şri-Lanka isə Şanxay Əməkdaşlıq Təşkilatında "Dialoq üzrə tərəfdaş" ölkələrdir.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında fəal təmsilçiliyi daha çox 2015-ci ildən başlanıb. 2015-ci ildə təşkilata üzv dövlətlərin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusunun verilməsi ilə bağlı  qərar qəbul edilib. 2016-cı ildə isə Pekində Azərbaycana "Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı" statusunun verilməsi haqqında memorandum imzalanıb. 2022-ci ildə isə qurumun Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq statusunda iştirak edib.

Qazaxıstanda keçirilən zirvə görüşünü nəzərə alsaq, Azərbaycanın dövlət rəhbəri artıq ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə toplantısına dəvət olunur. Bu, təbii ki, Azərbaycanla təşkilat arasındakı əlaqələrin güclənməsinin, ölkəmizin qlobal önəminin hər cəhətdən artmasının, eyni zamanda təşkilata üzv ölkələrlə ikitərəfli əlaqələrimizin getdikcə inkişafının təzahürüdür. Siyasi, iqtisadi, xüsusilə nəqliyyat, kommunikasiya, enerji digər istiqamətlərdə genişlənən əməkdaşlıqlar, bütün bunların qarşılıqlı faydaları Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanla münasibətlərin daha da inkişafına olan böyük marağı şərtləndirir.

 

 

 

Yeni reallıqların mərkəzindəki lider ölkə

 

 

 

Bu gün Azərbaycan böyük bir coğrafiyadakı yeni reallıqların mərkəzində irəliləyən lider ölkələrdəndir. Dövlətimizin beynəlxalq arenada nüfuzu getdikcə artır. Qlobal proseslərdə respublikamızın mövqeləri möhkəmlənir. Bu, təbii ki, zəmanəsinin ən parlaq liderlər kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, verdiyi doğru qərarların sayəsindədir.

Hazırda ölkəmiz iştirak etdiyi qlobal kommunikasiya layihələri ilə, qurduğu müasir infrastrukturla Avrasiya məkanında əsas tranzit qovşağına çevrilir. Belə faktorlar ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı üçün əhəmiyyətini daha da artıran əsas səbəblərdəndir. Öz növbəsində, Azərbaycan da qlobal məkanda həm təhlükəsizlik, həm iqtisadi inkişaf cəhətdən rolu güclənən Şanxay Əməkdaşlıq Təşkilatı ilə daha sıx əlaqələrdə maraqlıdır. Dövlətimiz bu təşkilatla əməkdaşlıq çərçivəsində "Şimal-Cənub" "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə tarixi nailiyyətlər yaradır. Nəzərə alaq ki, Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Azərbaycanın sərmayələri hesabına başa gəlib.

Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatının münasibətlərini uğurlu edən ən mühüm cəhətlərdən biri budur ki, bu əməkdaşlıqlar hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. İqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm separatizmlə mübarizə, regional təhlükəsizliyin sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatələyir. Bu məsələlərin hər biri Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin mühüm prioritetlərindəndir.

Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında bir araya gələn dövlətlərin hər biri ilə ayrı-ayrılıqda yüksək səviyyəliikitərəfli münasibətlərə malik olması, bu ölkələrin dövlətimizə inam etimadı əməkdaşlığın inkişafını şərtləndirir, münasibətlərə öz töhfəsini verir, Azərbaycanın regional güc kimi dəstək qazanmasına imkan yaradır. 

 

 

 

Mühüm platforma

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq səviyyədə ölkəmizin səsinin eşidilməsi, mövqeyinin çatdırılması üçün bütün mümkün platformalardan məharətlə istifadə edir. Şanxay Əməkdaşlıq Təşkilatı da bu platformaların ən vaciblərindəndir. Dövlətimizin başçısının zirvə görüşlərində iştirakı etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasına xidmət göstərir.

Azərbaycan Prezidenti Astanada "ŞƏT plyus" formatında keçirilmiş görüşdəki çıxışında ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa olunmasını da xüsusi vurğuladı dedi: "Bununla da beynəlxalq hüquq tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi".

Görüşdə bu il ölkəmizdə keçiriləcək COP29-a hazırlıq kontekstində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinin önəmi qeyd olundu. Azərbaycan Prezidenti bu məsələyə münasibətini bildirdi: "Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.

Azərbaycanın prioritetləri sırasında həm iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib".

Görüşdə o da vurğulandı ki,  Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Ölkəmiz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu gücünü möhkəmləndirdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsi, Gənclər Təşkilatı təsis edildi, habelə Qadın Platformasının da əsası qoyuldu.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü rəhbərliyi ilə həyata keçirilən layihələrin isə özünəməxsus rolu var. Belə ki, fondun təşkilatçılığı ilə Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə  görkəmli Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qərargahda Nizami Gəncəvinin büstü qoyulub. Bir maraqlı məlumatı diqqətə çatdıraq ki, Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir. Bu da təşkilatın Azərbaycana verdiyi dəyərin, ölkəmizlə ən müxtəlif müstəvilərdə, o cümlədən mədəniyyət diplomatiyası işığında əlaqələrin inkişafına yüksək marağının daha bir göstəricisidir. Bu baxımdan, Astana zirvə görüşü Azərbaycanın bu təşkilatla əməkdaşlığını yeni səviyyəyə yüksəltməklə gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli ikitərəfli diplomatiyasının təzahürü olmaqla bir daha göstərir ki, respublikamız təkcə regional deyil, qlobal səviyyədə siyasət yürüdən ölkədir, müasir dünyamızın qlobal aktorlarından biridir dünyanın aparıcı dövlətləri Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 6 iyul, ¹ 139.- S.11.