İlham
Əliyevin qlobal liderliyi
ŞƏT və TDT-nin Zirvə görüşləri bunu
bir daha təsdiq edir
Bu günlərdə
keçirilən iki mötəbər beynəlxalq
tədbir Şanxay Əməkdaşlıq Təşkilatının
və Türk Dövlətləri Təşkilatının
Zirvə görüşləri
bütün məziyyətləri
ilə yanaşı, bir daha Prezident
İlham Əliyevin yüksək qlobal siyasi nüfuzunu dünyada nümayiş etdirdi. Bu tədbirlərin
hər biri növbəti dəfə göstərdi ki, Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi liderləri ilə bir sırada
dayanan dövlət başçısıdır.
Öncə onu
qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin
əksəriyyəti ilə
Azərbaycanı dostluq,
qardaşlıq, müttəfiqlik
və strateji tərəfdaşlıq münasibətləri
birləşdirir. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev Astanada keçirilən sammitdə
Azərbaycana dost və qardaş, strateji tərəfdaş olan Qazaxıstan Respublikasının Prezidenti
Kasım-Jomart Tokayevin
dəvəti ilə iştirak edirdi. Bu dəvət Azərbaycan-Qazaxıstan münasibətlərinin
dərin məzmununu, hər iki dövlətin
prezidentləri arasındakı
dostluq münasibətlərini
ifadə etməklə
yanaşı, həm də Prezident İlham Əliyevin qlobal və regional nüfuzunun təcəssümüdür.
Prezident İlham
Əliyevin sammit çərçivəsində Rusiya, Çin və Qazaxıstan prezidentləri ilə keçirdiyi görüşlər
də Azərbaycanın
regionda və dünyadakı mövqelərinin
ifadəsi, rəsmi Bakının malik olduğu qlobal nüfuzun təsdiqi və ölkəmizə göstərilən beynəlxalq
dəstək baxımından
məhsuldar və effektiv oldu. Bu görüşlər göstərdi
ki, dünyada böyük siyasi və iqtisadi çəkisi olan Rusiya və Çin kimi dövlətlərin rəhbərləri
İlham Əliyevə
dərin ehtiramla yanaşırlar. Bunun əsas səbəbi isə Prezident İlham Əliyevin özünün yüksək
şəxsi keyfiyyətləri,
dövlət başçısı
kimi həyata keçirdiyi siyasətin məzmunu, qlobal gündəlikdəki məsələlərlə
bağlı baxışları,
problemlərin həllinə
verdiyi töhfələrdir.
Şanxay Əməkdaşlıq
Təşkilatının əsas
tədbirlərindən biri
də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz
Şərif arasında
üçtərəfli görüşün
keçirilməsi oldu.
Bu görüş bir daha göstərdi
ki, Azərbaycan, Türkiyə, Pakistan qardaşlığı və
dostluğu, möhkəm
və sarsılmazdır.
Şanxay Əməkdaşlıq
Təşkilatının respublikamız
üçün əlamətdar
hadisələrindən biri
də "Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın
qurulması haqqında
Birgə Bəyannamə"nin
qəbulu oldu. Azərbaycanla Çin arasında əlaqələr yüksək
inkişaf dinamikası
ilə seçilir. Hər iki dövlət
daim bir-birinin milli maraqlarına qarşılıqlı dəstək
nümayiş etdirirlər.
Azərbaycan Çinin
"Vahid Çin"
siyasətini hər zaman dəstəkləyib.
Çin isə Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına
dəstək nümayiş
etdirib. Çinin
"Bir kəmər, bir yol" təşəbbüsü
ikitərəfli münasibətlərin
genişləndirilməsinə və dərinləşməsinə
yeni imkanlar yaradıb və Azərbaycan bu bu məsələdə Çinin əsas tərəfdaşlarından biridir.
Əlbəttə, əlaqələrin
bu cür məcrada inkişafında
hər iki ölkənin rəhbərləri
arasında qarşılıqlı
ehtirama əsaslanan siyasi münasibətlər
böyük rol oynayır. Xatırladaq ki, hələ 2019-cu ildə Prezident İlham Əliyevin Çinə səfəri
zamanı Si Cinpin dövlətimizin başçısına xitabən
demişdi: "Cənab
Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin
və bütün sahələrdə əməkdaşlığın
inkişafı üçün
şəxsən daim səy göstərirsiniz.
Mən bunu yüksək qiymətləndirirəm
və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli
münasibətləri birlikdə
sağlam məcrada inkişaf etdirməyə hazıram". Bu fikir Prezident İlham Əliyevin şəxsiyyətinə, qlobal
siyasətdə yerinə
və roluna verilən önəmli qiymətin təzahürü
idi.
Bu günlərdə
isə Türk Dövlətləri Təşkilatının
(TDT) ilk dəfə Şuşa şəhərində
qeyri-rəsmi zirvə
görüşü keçirilir.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə keçirilən
bu görüş ilk növbədə ondan xəbər verir ki, Azərbaycan
dövləti TDT-nin daha da güclənməsi
üçün gərəkən
bütün addımları
atır. Bir ay əvvəl, iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini
qəbul edən Prezident İlham Əliyev bununla bağlı demişdi:
"Mənim təşəbbüsümlə
bir aydan sonra Şuşada Türk Dövlətləri
Təşkilatının qeyri-rəsmi
Zirvə görüşü
keçiriləcək. Mən
hesab etdim ki, ildə bir
dəfə zirvə görüşünün keçirilməsi
kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni
zamanda hər bir zirvə görüşü birliyimizin
gücləndirilməsinə istiqamətlənmiş növbəti
addım olur".
Azərbaycan dövləti
hər zaman həyata keçirdiyi bütün layihələrlə
həm də türk dövlətlərinin
əməkdaşlıq əlaqələrinin,
onlar arasında inteqrasiyanın dərinləşməsinə
böyük töhfələr
verib. Hazırda qlobal müstəvidə güclü
siyasi-iqtisadi platforma kimi özünü göstərən, getdikcə
daha mötəbər
birliyə çevrilən
TDT-nin təməli 15
il əvvəl Azərbaycanda, Naxçıvan
şəhərində qoyulub.
44 günlük müharibədəki
Zəfər isə bütün türk dünyasının uğuru
olduğundan, bu hadisə türk dövlətləri arasındakı
həmrəyliyi daha da gücləndirdi və yeni müstəviyə
yüksəltdi. Şuşa
yalnız Azərbaycan
üçün deyil,
bütövlükdə türk
dünyası üçün
müstəsna əhəmiyyət
kəsb edən şəhərdir. Ona görə TDT-nin Zirvə görüşünün
Şuşada keçirilməsi
həm də rəmzi məna daşıyır.
Ötən ay Şuşa "Türk Dövlətləri Təşkilatı:
geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə
doğru" mövzusunda
beynəlxalq konfransa evsahibliyi etmişdi. TDT-yə üzv və müşahidəçi
ölkələrin hakim
partiya rəhbərləri
də daxil olmaqla, 300-dək nümayəndənin
iştirak etdiyi bu konfrans maraqlı
müzakirələrlə yadda
qalmışdı.
İndi isə
Şuşa TDT-nin qeyri-rəsmi zirvə görüşünə evsahibliyi
edir. Bu zirvə görüşünün
Prezident İlham Əliyevin təşəbbüsü
ilə keçirilməsi
göstərir ki, dövlətimizin başçısı
təşkilatın daha
da inkişafı üçün bütün
imkanları səfərbər
edir. Bu baxımdan, zirvə görüşünün TDT-nin
daha da inkişafına,
qlobal səviyyədə
güclənməsinə layiqli
töhfələr verəcəyi
şübhəsizdir. Eyni
zamanda Şuşa zirvə görüşü
türk dövlətləri
arasında əlaqələrin
və inteqrasiyanın
dərinləşməsində böyük rol oynayacaq.
Cəbi QULİYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2024.-
6 iyul, № 139.- S.11.