Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşıdır

 

 

"Azərbaycanın uğurlu xarici siyasəti çərçivəsində dünya ölkələri ilə yanaşı, beynəlxalq təşkilatlarla da fəal əlaqələr qurulur. Belə təşkilatlardan biri Şanxay Əməkdaşlıq Təşkilatıdır. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm separatizm ilə mübarizə, regional təhlükəsizliyin sabitliyin təminatı müəyyənləşdirilib".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı iqtisadi əlaqələr, sivilizasiyalararası dialoq diqqət mərkəzində olan məsələlərdəndir.

Bu nüfuzlu təşkilatın 3-4 iyul tarixlərində keçirilən zirvə görüşündə Prezident İlham Əliyev iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun ona göstərilən yüksək ehtiramın ifadəsidir.  Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş zirvə görüşündə iştirak edib.

"Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə inkişafa nail olmaq" mövzusuna həsr olunan budəfəki zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq digər məsələlərə dair geniş spektrdə aktual mövzuları diqqət mərkəzində saxlayıblar. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyur, təşkilatın fəaliyyətini qiymətləndirir gələcək üçün istiqamətləri müəyyənləşdirir.

Deputatın sözlərinə görə, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzv olmadığı qurumların da sammit, konfrans görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə regional proseslərdə iştirak verilən qərarlarda söz sahibi olması baxımından çox önəmlidir. "Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə yaxşı münasibətlər qurub bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət iqtisadiyyat, elm texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycan hazırda ŞƏT- dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən ölkəmiz ŞƏT- müşahidəçi statusu almaq niyyətindədir", - deyə deputat bildirib.

S.Fətəliyeva xatırladıb ki, Prezident İlham Əliyev Astana sammiti çərçivəsində təşkilata üzv olan bir sıra ölkələrin liderləri ilə səmərəli görüşlər keçirib. Eyni zamanda dövlət başçısı zirvə görüşündə dərinməzmunlu çıxış edib. Bütövlükdə, Azərbaycan xarici siyasətində Şanxay Əməkdaşlıq Təşkilatından mühüm platforma kimi istifadə edir. Azərbaycanın çox vacib geosiyasi coğrafi mövqedə yerləşməsi Asiya ilə Avropanın iqtisadi-ticarət əlaqələrində önəmli rol oynayır. Bu fakt ölkəmizə böyük dividendlər qazandırır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 6 iyul, № 139.- S.11.