Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

 

İordaniyanın gündəlik əsasda çıxan ən çox oxunan mətbu orqanlarından olanƏd-Dusturqəzetində, “Ammon News” portalında (ərəb dilində), həmçininƏl-Ənbat”, “Oroba News”, “Əl-Urdun”, “Johina News”, “NBNJO” Nayrouznəşrlərinin internet səhifələrindəAzərbaycan yaşıl iqtisadiyyata doğrusərlövhəli məqalə dərc olunub.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanınyaşıltransformasiyaya nail olmaq üçün müxtəlif təbii ehtiyatlarından istifadə edir. 2022-ci ildə neft qaz hasilatı Azərbaycanın ÜDM-nin təxminən 47,8 faizini ixrac gəlirlərinin 92,5 faizini təşkil edib. Azərbaycan Hökuməti ölkədə bərpaolunan enerji sənayesini gücləndirməyə onun neftdən asılılığını azaltmağa çalışır. “Yaşıl enerjilayihəsinin 2030-cu ilə qədər 1500 meqavatlıq bərpaolunan enerjinin quraşdırılması məqsədinə nail olmaq, yaşıl enerjini təşviq etmək elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 30 faiz artırmaq məqsədini daşıyır.

Yazıda, həmçinin vurğulanır ki, Azərbaycan Hökuməti neftdən asılılığını azaltmaq, şaxələndirilmiş dayanıqlı iqtisadiyyata doğru irəliləmək üçün 2000-ci illərin ortalarındatəmiz enerjistrategiyasını həyata keçirməyə başlayıb. Bu dəyişiklik bir sıra mühüm təşəbbüslərlə dəstəklənib. Bunlardan biri 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradılması olub.

Diqqətə çatdırılıb ki, 2005-ci ildən etibarən Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına üstünlük verməyə başlayıb, ölkə hökuməti alternativ enerji mənbələrinin, o cümlədən külək, Günəş su elektrik enerjisini təşviq etmək üçün müxtəlif tədbirləri həyata keçirib. 2009-cu ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması beynəlxalq təşkilatlarla tərəfdaşlıq əsasında bir sıra ekoloji cəhətdəntəmiz enerjilayihələrinin həyata keçirilməsinə başlanması bu dövrdə baş vermiş mühüm hadisələrdəndir. Bundan əlavə, 2010-cu ildən 2020-ci ilə qədər olan onillik Azərbaycanın davamlılığa keçidində mühüm dövr olub. Bu müddət ərzində Azərbaycan Hökuməti enerji səmərəliliyi davamlılıq təcrübələrini təşviq etmək, dəstəkləmək üçün əhəmiyyətli səylər göstərib. Davamlı inkişafı dəstəkləməyə yönəlmiş qanunvericilik islahatları ilə yanaşı, “yaşıl texnologiyalarasərmayələrin yatırılmasına diqqət yetirilib.

Ölkənin enerji strategiyasına gəlincə, qeyd edilib ki, Azərbaycan Hökuməti yaşıl enerji zonalarının yaradılmasını yaşıl enerji sektoruna beynəlxalq investisiyaların cəlb olunması istiqamətində mühüm səylər göstərib. Buna nail olmaq üçün Səudiyyə Ərəbistanının “ACWA Power” BƏƏ-ninMasdarenerji şirkətləri ilə külək günəş elektrik stansiyalarının tikilməsi istiqamətində əməkdaşlığa başlayıb. Buna uyğun olaraq, təmiz ətraf mühitin dayanıqlı inkişafın vacibliyini vurğulayanAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair Sərəncam imzalanıb. Bu Sərəncamda əks olunan strategiya Azərbaycanın bərpaolunan enerji mənbələrinin genişləndirilməsinə sadiqliyini göstərir qarşıya iddialı hədəflər qoyur.

Eyni zamanda, bildirilib ki, Azərbaycanın COP29 ev sahibliyi ölkənin davamlı inkişafa doğru irəliləyişində gələcəyə baxışında mühüm addım olacaq. Bu tədbir dünya miqyasında iqlim dəyişikliyinin müzakirəsi üçün həyati əhəmiyyət daşıyır, həm Azərbaycan üçün ətraf mühitin mühafizəsinə sadiqliyini nümayiş etdirmək dayanıqlı iqtisadiyyata keçidi sürətləndirmək baxımından dəyərli fürsətdir.

Sonda qeyd olunur ki, Azərbaycan qlobal iqtisadi səyləri dəstəkləyir regional iqtisadi inteqrasiya üçün yeni geniş imkanlar yaradır.

 

Azərbaycan.-2024.- 6 iyul, ¹ 139.- S.13.