Azərbaycan-İran əlaqələri
regionun davamlı inkişafına və təhlükəsizliyinə
xidmət edir
İran
İslam Respublikasının yeni seçilmiş Prezidenti
Zati-aliləri cənab Məsud Pezeşkiana
Hörmətli
cənab Pezeşkian,
İran
İslam Respublikasının Prezidenti vəzifəsinə
seçilməyiniz münasibətilə Sizi ürəkdən
təbrik edirəm.
Biz Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında
ortaq dini-mədəni köklər, dostluq və
qardaşlıq kimi möhkəm təməllər üzərində
qurulmuş münasibətlərə böyük əhəmiyyət
veririk. Ötən onilliklər ərzində
qarşılıqlı faydalı əməkdaşlığımızın
bütün sahələrdə, xüsusilə də
iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə
dinamik inkişaf edərək bugünkü səviyyəyə
yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi
sevindirir.
Bu gün
qarşılıqlı hörmətə və mehriban
qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin
gələcək inkişaf istiqamətlərinə dair əldə
edilmiş razılaşmalar, icra olunan birgə layihələr
ölkələrimizin rifahına, bütövlükdə
regionun davamlı inkişafına və təhlükəsizliyinə
xidmət edir.
Əminəm
ki, birgə səylərimizlə xalqlarımızın və
ölkələrimizin mənafeləri naminə Azərbaycan
ilə İran arasında ənənəvi dostluq münasibətlərinin
daha da möhkəmlənməsinə,
qarşılıqlı maraq doğuran əməkdaşlığın
genişlənməsinə nail olacağıq.
İkitərəfli
əməkdaşlığımızın inkişaf
perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə
Sizi Azərbaycana səfərə dəvət edirəm.
Sizə ən
xoş arzularımı çatdırır, dost və
qardaş İran xalqının rifahı naminə
qarşıdakı məsul fəaliyyətinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 iyul 2024-cü il
Azərbaycan.-2024.-
7 iyul, № 140.- S.1.