Qarşılıqlı
etimad və dəstəyə əsaslanan Azərbaycan - Birləşmiş
Krallıq münasibətləri möhkəmlənir
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Zati-aliləri cənab
Kir Starmerə
Hörmətli
cənab Baş nazir,
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri vəzifəsinə təyin
olunmağınız münasibətilə Sizi ürəkdən
təbrik edirəm.
Azərbaycan
Birləşmiş Krallıq ilə ənənəvi dostluq və
çoxşaxəli əməkdaşlıq münasibətlərinə
xüsusi əhəmiyyət verir.
Enerji
sektorunda uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz
qlobal enerji təhlükəsizliyinin təminatına
mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji mənbələri,
yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələləri
bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli
tərəfdaşlıq gündəliyində aparıcı
yer tutur. Bu baxımdan yaxın və etibarlı tərəfdaşımız
olan BP ilə təmiz enerjiyə keçid sahəsində
uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın
cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində
də əməkdaşlığımızın davam etdiriləcəyinə
dair inamımı ifadə edirəm.
Ölkəmizin
işğaldan azad edilmiş ərazilərində minaların
təmizlənməsi işinə Birləşmiş
Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.
Əminəm
ki, Azərbaycan ilə Birləşmiş Krallıq
arasında qarşılıqlı etimad və dəstəyə
əsaslanan dövlətlərarası münasibətlərin
möhkəmləndirilməsi, əməkdaşlığımızın
daha da inkişaf edərək yeni səviyyəyə
qaldırılması istiqamətində birgə səylərimizi
bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə ən
xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 iyul 2024-cü il
Azərbaycan.-2024.-
7 iyul, № 140.- S.1.