Azərbaycanın Türkiyənin xarici işlər nazirləri Şuşada görüşüblər

 

İyulun 5-də xarici işlər naziri Ceyhun Bayramov Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü, habelə TDT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, iqtisadi, təhlükəsizlik, enerji, bağlantılar, humanitar aspektləri üzrə qarşılıqlı fəaliyyət, birgə layihələr əldə olunmuş inkişafların regional sabitlik, əməkdaşlığa ciddi töhfələr verdiyi vurğulanıb.

Müttəfiqliyimizin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli siyasi dialoqun əsas rol oynadığı, habelə müvafiq dövlət qurumları qanunverici orqanların nümayəndələrinin intensiv səfər təmaslarının ciddi töhfəsi olduğu bildirilib.

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərini təsbit edən Şuşa Bəyannaməsinin imzalandığı Şuşa şəhərinin TDT-nin qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etdiyi məmnunluqla qeyd olunub.

Ceyhun Bayramov Azərbaycanın xarici siyasətində Türk dünyası TDT istiqamətinin tutduğu əhəmiyyətli yerdən danışaraq Zirvə görüşünün təşkilat çərçivəsində əməkdaşlığın inkişafı gücləndirilməsinə töhfə verəcək sənəd qərarların qəbulu ilə yadda qalacağına ümidvar olduğunu söyləyib.

TDT ilə yanaşı, digər regional beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə cari il iyulun 3-də Azərbaycan, Türkiyə Pakistan liderlərinin, habelə martın 15-də Azərbaycan, Türkiyə Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşlərinin regional, qlobal təhlükəsizlik əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından faydalı olduğu bildirilib.

C.Bayramov, həmçinin postmünaqişə dövründə mövcud regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa quruculuq işləri, mina təhdidi ilə mübarizə fəaliyyəti, habelə Azərbaycan Ermənistan arasında normallaşma prosesinin durumu barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü suverenliyinə qarşı davam edən Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ qalmaqda olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2024.- 7 iyul, № 140.- S.6.