Şuşada
Türk Dövlətləri
Təşkilatının Xarici
İşlər Nazirləri
Şurasının qeyri-rəsmi
iclası keçirilib
İyulun 6-da Şuşada
Türk Dövlətləri
Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının
qeyri-rəsmi iclası
keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda
açılış nitqi
ilə çıxış
edən Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Türk Dövlətləri
Təşkilatının qeyri-rəsmi
Zirvə görüşünün
Azərbaycanın Qarabağ
torpağında baş
tutan ilk yüksək səviyyəli
Zirvə toplantısı
olduğunu bildirib. Deyib ki, Şuşada
keçirilən ilk yüksək səviyyəli
toplantının doğma
ailəmiz Türk Dövlətləri Təşkilatının
tədbiri olması təbiidir. Məlum olduğu kimi, Zirvə görüşü
Prezident İlham Əliyevin təşəbbüsü
ilə keçirilən
sayca üçüncü
qeyri-rəsmi fövqəladə
Zirvə görüşüdür.
O, eyni zamanda, vurğulayıb ki, Türk Dövlətləri
Təşkilatına üzv
və müşahidəçi
dövlətlərlə münasibətlər
Azərbaycanın xarici
siyasətinin ən əsas prioritetidir.
Sonra iclasın
gündəliyi qəbul
edilib.
Daha sonra iclasda gündəlikdəki
məsələlərlə bağlı çıxışlar
olub.
Qazaxıstan Baş
nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu
çıxışında diqqətə çatdırıb
ki, rəsmi Astana üzv ölkələrlə rəqəmsal
texnologiyalar, mədəniyyət,
infrastruktur, turizm, investisiyalar və bütün digər sahələrdə əlaqələri
genişləndirməyi səbirsizliklə
gözləyir. “Ailəmiz
böyük potensiala,
resurslara malikdir və bizim ümumi
məqsədlərimiz var.
Qazaxıstan beynəlxalq
nəqliyyat yolu, Şimal-Cənub Nəqliyyat
Dəhlizi və “Bir kəmər, bir yol” təşəbbüsü
arasında sinerjinin qurulmasını yüksək
qiymətləndirir və
bütün üzv dövlətlərlə sıx
əməkdaşlıq edir”,
- deyə o əlavə
edib.
Murat Nurtleu, eyni zamanda, vurğulayıb
ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan gələcəkdə
yaşıl enerjinin Avropaya ixrac infrastrukturunun yaradılması
istiqamətində mühüm
layihələrin həyata
keçirilməsində birgə
addımlar atır. “Ölkəmizin prioritetlərini
və təşəbbüslərini
dəstəklədiyiniz üçün
Qazaxıstanın sədrliyi
adından hamınıza
minnətdarlığımı bildirirəm. Üzv dövlətlərin fəal
iştirakı ilə
biz yüksək səviyyəli tədbirlər
təşkil etmişik.
Ölkələrimizin daimi
nümayəndəliklərinin yaradılması və Katibliyin ştatının
artırılması birgə
işimizin nəticəsidir.
Bu yolda TÜRKPA,
TÜRKSOY, Türk İnvestisiya
Fondu, Türk Akademiyası, Türk Mədəniyyəti və
İrsi Fondu, Ağsaqqallar Şurası
ilə sıx əməkdaşlığımız və koordinasiyamız xalqlarımızın çiçəklənməsinə
töhfə verəcək”,
- deyə Baş nazirin müavini vurğulayıb.
Yarandığı dövrdən
səmərəli inkişaf
yolu keçmiş Türk Dövlətləri
Təşkilatının beynəlxalq
səviyyədə önəminin
artmaqda olduğunu deyən Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
qeyd edib: “Bu, eyni zamanda,
Təşkilata üzv
və müşahidəçi
dövlətlərin beynəlxalq
arenada nüfuzunun, eləcə də iqtisadi potensialının genişlənməsinə xidmət
edir. Zirvə görüşünün nəqliyyat,
bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı
gələcəyin qurulması
mövzusu bugünkü
reallığa uyğun
seçilib. Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında
COP29-a ev sahibliyi edəcək. Hesab edirəm ki, bu hadisəni Türk dünyasının
uğuru saymaq mümkündür. Belə
ki, ilk dəfə olaraq
bir Türk dövləti
belə mötəbər
tədbirə ev sahibliyi edəcək.
COP29-un təşkilində ilk olaraq qardaş ölkələrin dəstəyinə
ümid edirik”.
Nazir bildirib ki, bu gün dünyada baş verən hadisələr ətraf mühitə təsirsiz ötüşmür. Davamlı
gələcək yalnız
iqlim fəaliyyəti vasitəsilə sağlam planetimizi qorumaqla mümkün olacaqdır.
Bu istiqamətdə də
Türk dövlətləri arasında əməkdaşlığa
ehtiyac var. TDT-nin ekologiya və ətraf mühit sahəsinə məsul nazirlərinin platformasının
yaranmasının zamanı
artıq yetişib. Bununla yanaşı, ölkələrimiz arasında
ticarət dövriyyəsinin
artırılması və
şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin
keçid prosedurlarının
sadələşdirilməsi və təkmilləşdirilməsi
istiqamətində təsirli
birgə tədbirlərin
görülməsi önəm
kəsb edir. Bu mənada Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
yeni nəqliyyat infrastrukturunun
yaradılması Orta Dəhliz
boyunca yeni nəqliyyat
arteriyasının açılması
baxımından xüsusi
əhəmiyyətə malikdir.
C.Bayramov, həmçinin
Azərbaycan-Ermənistan arasında
normallaşma prosesinin
faktiki vəziyyəti
barədə məlumat
verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın
təşəbbüsü ilə Ermənistanla sülhün və dövlətlərarası münasibətlərin
yaradılması haqqında
ikitərəfli saziş
layihəsinin imzalanması
istiqamətində müzakirələr
davam edir. “Bu xüsusda 2024-cü il mayın
10-11-də iki ölkənin
xarici işlər nazirləri arasında Almatıda keçirilmiş
görüşə ev
sahibliyi etdiyi üçün bir daha Qazaxıstana təşəkkürümüzü bildiririk. Azərbaycanla Ermənistan arasında
real və davamlı sülh müqaviləsinin
imzalanması üçün
əsas şərt başda Ermənistan və “Dağlıq Qarabağ”ın birləşməsinə çağıran
“Ermənistan müstəqillik
aktına” açıq
şəkildə istinad
edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit
edilmiş Azərbaycana
qarşı ərazi iddialarına son qoyulmasıdır.
Azərbaycan dayanıqlı
və davamlı sülhdə ən maraqlı tərəfdir”,
- deyə nazir vurğulayıb.
İclas gündəlikdəki
məsələlər ətrafında
çıxışlarla davam edib.
Azərbaycan.-2024.-
7 iyul, ¹ 140.- S.7.