TDT: iqtisadi əlaqələr genişlənir

 

 

Türk Dövlətləri Təşkilatı (TDT) gənc olmasına rəğmən, beynəlxalq aləmdə özünəməxsus tribunaya sözə sahibdir. Təşkilat sürətlə, uğurla inkişaf etməkdə, gücünü, nüfuzunu, əhatə dairəsini, əlaqələrini günbəgün artırmaqdadır.

Şübhəsiz ki, belə tərəqqinin əsasında tarixən eyni kökə, ənənələrə bağlılıq, siyasi, mədəni, hərbi əməkdaşlıqlarla yanaşı, quruma üzv ölkələrin iqtisadi potensialı, ticarət dövriyyəsi, nəqliyyat infrastrukturu, ayrı-ayrı sahələrə investisiya yatırımları digər məsələlər dayanır. TDT həm ümumtəşkilat, həm ikitərəfli çoxtərəfli əlaqələr zəminində vahid güc mərkəzinə çevrilir. Türk dünyası ölkələrinin tarixi İpək yolu üzərində yerləşməsi onların Şərq Qərb arasında artmaqda olan ticarət dövriyyəsi deməkdir, bu faktor isə iqtisadi məsələlərdə qurumun önəmli rola malik olmasına şərait yaradır.

Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri müvafiq strateji tərəfdaşlıq haqqında bəyannamələr əsasında həyata keçirilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi təşəbbüsləri dayanır. Dövlətimizin başçısı haqlı olaraq bu barədə demişdir: "Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

Hər il mütəmadi şəkildə TDT-nin iqtisadiyyat üzrə işçi qrupunun iclası üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü təşkil olunur. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi inkişafı yolları barədə təkliflərin bu sahədə üzləşdikləri problemlərin müzakirəsi aparılır. 2012, 2016 2021-ci il iclasları ölkəmizdə keçirilmişdir. 2020-ci il martın 6-da Azərbaycan Respublikası iqtisadiyyat nazirinin sədrliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş iqtisadiyyat nazirləri gömrük xidməti rəhbərlərinin videokonfrans formatında iclası reallaşıb. Növbəti il 9-11 sentyabr aralığında isə Bakı şəhərində TDT iqtisadiyyat nazirlərinin 10-cu iclası, iqtisadiyyat üzrə işçi qrupunun 12-ci iclası, Azərbaycanın Qarabağ regionunun bərpasına inkişafına həsr olunmuş biznes forum keçirilib, tədbir iştirakçılarının işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri baş tutub. 2022-ci ilin 9 noyabrında Özbəkistanın Səmərqənd şəhərində TDT iqtisadiyyat nazirlərinin 11-ci, 2023-cü ilin 13-15 sentyabr tarixlərində 12-ci iclası, iqtisadiyyat üzrə işçi qrupunun 14-cü iclası Dünya Türk İş Konqresinin 10-cu Qurultayı keçirilmişdir. Tədbirlərə iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb. Ötən il martın 16-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada TDT-nin növbədənkənar Zirvə görüşündə bir sıra mühüm sənədlər, eləcə Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalandı. Həmin proseslərin məntiqi davamı olaraq bu il mayın 17-18-də İstanbulda Türk İnvestisiya Fondunun təsis iclası reallaşdı.

Beləliklə, böyük türk ailəsinin iqtisadi platforması mühüm görüş müzakirələrlə zəngindir. Ölkəmiz bu mehriban ailənin bütün üzvləri ilə yüksəksəviyyəli əlaqələrə malikdir. Amma Türkiyə quruma daxil olan ölkələr arasında xarici ticarət əməliyyatlarının həyata keçirilməsində 84 faizlə öndədir. Cümhuriyyətin siyahıda ilk sırada yer alması enerji ticarətinin dövriyyəsi ilə əlaqədardır. Belə ki, Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir. Azərbaycanın təbii qaz ixracının 17 faizi, xam neftin isə 1 faizi Türkiyə Cümhuriyyətinə ixrac edilir. Bu iqtisadi əlaqələri daha da genişləndirmək üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə digər türkdilli ölkələrin qoşula biləcəyi TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) kimi daha geniş şərait gerçəkləşib. Türkiyə ilə Azərbaycan arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi artmaqdadır. Respublikamızın qeyri-neft ixracına liderlik edən pambıq kimya sənayesi məhsullarının böyük hissəsi qardaş ölkəyə göndərir.

TDT çərçivəsində iqtisadi münasibətlərin getdikcə genişlənməsi qarşılıqlı inam etimad, eləcə möhkəm, zəngin bünövrədən qaynaqlanır. Belə ki, ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon dollar dəyərində ümumi daxili məhsula 1 milyard 709,1 milyon dollardan çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, yollar şəbəkəsinə müasir hərbi imkanlara sahibdirlər. Dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini qlobal ümumi daxili məhsulun 1,6 faizini türk dövlətləri təşkil edir.

Bu gün dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta dəhlizin əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Odur ki, Orta dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artır. 2023-cü ilin yanvar-avqust aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub. Heç şübhəsiz ki, bu artım Azərbaycanın da həmin ölkələrlə iqtisadi əlaqələrinə öz təsirini göstərib. Belə ki, 2022-ci ildə respublikamızla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar təşkil edib. Bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,9 faiz çoxdur. Həmin müddətdə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40,5 faiz, Qazaxıstanla 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Qeyd edək ki, yaxın illərdə türk dövlətləri ilə ticarət dövriyyəmizin 15 milyard dollaradək artırılması hədəflənir.

Qeyd edildiyi kimi, TDT- üzv dövlətlərlə həm təşkilat daxilində, həm ikitərəfli çərçivədə sıx münasibətlərimiz var. Belə yaxın dostluq qardaşlıq əlaqələrinin olması, üzv dövlətlərin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Hələ 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bəziləri hətta KTMT- üzvlüklərinə baxmayaraq, haqlı mübarizəmizə öz dəstəklərini göstərdilər, tarixi Zəfərimizə sevindilər.

Üzv dövlətlər Azərbaycanın Qarabağda Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq işlərinə öz töhfələrini verirlər. Bu mənada, özbək xalqı adından hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, qırğız xalqının dost dəstəyi kimi Ağdamın Xıdırlı kəndində inşa olunacaq təhsil ocağı, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksini s. qeyd etmək olar. Həmçinin keçən ilin fevralında Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında TDT ailəsinin köməyi xüsusi vurğulanmalıdır. Kahramanmaraşda fədakar inçaatçılarımızın qurub-yaratdığı "Azərbaycan" məhəlləsi qardaş yardımına bir nümunədir.

TDT-nin "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə dövlətimizin başçısı çıxış edərək bununla bağlı bir sıra məqamlara toxunub. Ölkə rəhbəri bu təşkilata üzv dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, artıq beynəlxalq səviyyədə böyük siyasi çəkiyə nüfuza malik qurum kimi tanındığını diqqətə çatdırıb. TDT iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırdığımızı bunun əsas hissəsinin Türkiyəyə yönəldildiyini qeyd edib. Bütün bu müşahidə təhlillər bir daha yəqinliyə əsas verir ki, Prezident İlham Əliyevin  qarşıya qoyduğu məsul hədəfə - "Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir" məqsədinə tezliklə nail olunacaq.

 

Qurban MƏMMƏDOV,

Azərbaycan.-2024.- 7 iyul, № 140.- S.7.