2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Böyük
Quruluş Partiyasının
səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrinin
qeydə alınması
haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 17/67
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
Böyük Quruluş
Partiyası Ali Məclisinin 2024-cü il
30 iyun tarixli iclasının Qərarı
ilə səlahiyyətli
nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələr təyin
edilmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki
Məcəlləsində (bundan
sonra - Seçki Məcəlləsi) nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
aşağıdakı şəxslər
Böyük Quruluş
Partiyasının səlahiyyətli
nümayəndələri və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələri kimi
qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Nazim Əlihüseyn
oğlu İsmayılov
Zilfiqar Davıd
oğlu İbrahimov
Ağababa Həzi
oğlu Əlizadə
Fəxrəddin Zülfəli
oğlu Sadiqov
Elçin Nazim
oğlu Ağasiyev
Rəşad Adil
oğlu Məmmədov
Eyvaz Çərkəz
oğlu Məmmədov
Maliyyə məsələləri
üzrə
səlahiyyətli nümayəndələr:
Tural Nazim oğlu Mustafayev
Leyla İbrahim qızı Musayeva.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr
Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.07.2024
Azərbaycan.-2024.-
7 iyul (№ 140).- S.8.