2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Demokratik
İslahatlar Partiyasının
səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsinin
qeydə alınması
haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının qərarı
Qərar ¹ 17/68
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
Demokratik İslahatlar Partiyası Siyasi Şurasının 2024-cü il
3 iyul tarixli iclasının Qərarı
ilə səlahiyyətli
nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
edilmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki
Məcəlləsində (bundan
sonra - Seçki Məcəlləsi) nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
aşağıdakı şəxslər
Demokratik İslahatlar Partiyasının səlahiyyətli
nümayəndələri və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndəsi kimi
qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
İlkin Samit oğlu Həsənov
Pərviz Məlikməmməd
oğlu Məmmədov
Samir Adil oğlu Quliyev
Sevda Rafiq qızı Həsənova
Şahin Yusif oğlu Ağayev
Fuad Əşrəf
oğlu Əşrəfov
Maliyyə məsələləri
üzrə
səlahiyyətli nümayəndə:
Alla Alekseyevna Korablyova.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.07.2024
Azərbaycan.-2024.-
7 iyul (¹ 140).- S.8.