Bəzi
dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 17/72
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və
30-cu maddələrinə uyğun
olaraq qərara alır:
1. Kifayət Mikayıl
qızı Cəfərova
15 saylı Yasamal birinci, Ziba Cəbrayıl
qızı Manafova 16 saylı Yasamal ikinci, Əli Qurban oğlu Cəfərov 30 saylı Suraxanı birinci, Azər Aydın oğlu Mirzəliyev 40 saylı Gəncə üçüncü, Gülrux
Mətləb qızı
Əsədova 44 saylı
Sumqayıt üçüncü,
Gülər Mircəfər
qızı Mirzəyeva
70 saylı Neftçala,
Asif Məmmədağa
oğlu Həsənli
72 saylı Cəlilabad
kənd, Afərim Qasım qızı Verdiyeva 101 saylı Samux - Şəmkir seçki dairəsi dairə seçki komissiyasının həlledici
səs hüquqlu üzvü vəzifəsindən
vaxtından əvvəl
azad edilsinlər.
2. Əli Qurban
oğlu Cəfərov
15 saylı Yasamal birinci, Kifayət Mikayıl qızı Cəfərova 30 saylı Suraxanı birinci, İsmayıl Abbas oğlu Əliyev 40 saylı Gəncə üçüncü, Nəriman
Allahyar oğlu Həsənov 101 saylı Samux - Şəmkir seçki dairəsi dairə seçki komissiyasının həlledici
səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.07.2024
Azərbaycan.-2024.-
7 iyul (№ 140).- S.9.