Düşünülmüş siyasət, əzm qətiyyət

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurunu təmin edən çox amillər var. Başlıca amil isə bu siyasətin möhkəm təmələ əsaslanmasıdır, başlanğıcdan düzgün istiqamətə yönəlməsidir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi hədəflənən nəticələrin əldə olunması, iqtisadi-sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz güc müstəvisində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəklikləridir.

Prezident İlham Əliyev hakimiyyətə gələndə xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ulu Öndərin başladığı siyasi kursu yüksək peşəkarlıqla uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.

Ölkə rəhbəri müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdə dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə öz mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. Eyni zamanda nizami ordu quruculuğu prosesini uğurla davam etdirdi. Qısa müddətdə Silahlı Qüvvələrimiz həm təchizatına, həm peşəkar hazırlığına, həm döyüş ruhuna görə dünyanın ən öncül orduları sırasında qərarlaşdı. Dövlətimizin başçısının yüksək səriştə ilə qurduğu diplomatik münasibətlər hərbi hissələrimizin ən müasir silahlarla təchiz olunmasına imkan yaratdı. Buna 44 günlük Vətən müharibəsində hər birimiz şahid olduq. Azərbaycan həm XXI əsrin innovativ müharibəsini apardı.

Təxminən 30 il çəkən, sülh danışıqları ilə bu qədər müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi yekun vurdu. Bütün dünya gördü ki, haqqı sübuta yetirməkdən ötrü təkcə beynəlxalq hüquq normaları kifayət etmir. Doğrunun, ədalətin sənin tərəfində olması ilə bitmir. Qələbə arzusuna çatmaq üçün həm güclü, qüdrətli olmalısan.

8 Noyabr Zəfər günü öz tarixi qiymətini aldı. Bu, Şuşa həsrətimizin bitdiyi zaman idi. Həmin gün hərbi əməliyyatlar dayandırıldı. 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatı nəticəsində isə ərazi bütövlüyümüz bərpa olundu. Qarabağdakı separatçı yuvasının dağıdılmasından, Xankəndidə başqa əzəli-əbədi yurdlarımızda dövlət bayrağımızın ucaldılmasından sonra zəfər günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün qüdrətinin rəmzi kimi daha bir tarixi dəyər qazandı.

24 may 2024-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidməti Qazax rayonunun Ermənistanın illərdir, işğal altında saxladığı 4 kəndini nəzarətə götürdü. Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara Xeyrımlı kəndləri üzərində dövlət suverenliyimiz təmin olundu.

4 kəndimizin heç bir hərbi əməliyyat aparılmadan, bir güllə belə atılmadan insan itkisinə yol verilmədən Ermənistan tərəfindən geri qaytarılması Azərbaycanın Vətən müharibəsindəki antiterror əməliyyatındakı qələbəsinin davamı oldu.

 

 

 

Daha bir ağrılı səhifə qapandı   

 

 

 

Adları çəkilən bu kəndlər üzərində Azərbaycanın dövlət suverenliyinin bərpasının bizim üçün başqa bir böyük tarixi dəyəri var. Bu kəndlər Ermənistanın ötən əsrin sonlarına doğru Azərbaycana qarşı alovlandırdığı işğal siyasətinin simvollarından sayıla bilər. Belə ki, ermənilər Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlayarkən ilk böyükmiqyaslı hərbi cinayəti məhz Bağanıs Ayrım kəndində törətmişdilər. Kənddə 5 üzvdən ibarət bir azərbaycanlı ailəsi xüsusi amansızlıqla qətlə yetirilərək yandırılmışdı. O faciənin televiziya ekranından, mətbuat səhifələrindən yaddaşımıza köçən kadrları insanlıq əleyhinə cinayət faktı kimi qəlbimizdə dərin bir yara açmışdır.

Bağanıs Ayrım həm Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan ilk Azərbaycan kəndi idi. 1990-cı ilin 23 martından 24 martına keçən gecə ermənilər planlı hücumla Bağanıs Ayrımı işğal etmiş bu zaman kəndin 10 sakini öldürülmüş, 15 nəfərdən çox vətəndaşımız yaralanmış, 100-dən çox ev talan edilmişdi.

Qazax rayonunun Qızılhacılı kəndi Ermənistan ordusu tərəfindən 1992-ci ilin 11 mayında tam işğal edilərək dağıdılmışdı. Onu da xatırladaq ki, 2010-cu ilin yanvarında erməni hərbçiləri daha bir vəhşilik törədərək kənd qəbiristanlığını belə yerlə yeksan etmişlər.

Rayonun qədim tarixə malik Aşağı Əskipara kəndinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı isə 1992-ci ilin iyununa, Xeyrımlı kəndinin işğalı 1992-ci ilin martına təsadüf edirdi.

Beləliklə, bu kəndlərimizin işğaldan azad edilməsi ilə tariximizdəki ağrılı bir səhifə qapandı. Həmin kəndlərlə bağlı qəlbimizdəki yurd həsrəti bitdi. Qarabağın, Şərqi Zəngəzurun şəhər, qəsəbə kəndləri kimi Qazaxın bu 4 kəndində yeni bir həyat başlandı.

 

 

 

Qətiyyətli mövqe

 

 

 

Tarixi qələbəmizin davamı kimi bu kəndlərin Ermənistan tərəfindən Azərbaycana qaytarılması Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasətin, qətiyyətli mövqeyinin, dəmir iradəsinin nəticəsidir. Dövlətimizin başçısının Qazax rayonunun anklav olmayan bu 4 kəndi ilə bağlı mövqeyi birmənalı idi. Cənab İlham Əliyev bəyan edirdi ki, Qazaxın Ermənistan ərazisində anklav olmayan 4 kəndi qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Bu mövqeyi dövlət rəhbərimiz bu ilin 10 yanvarında yerli televiziya kanallarına müsahibəsində də bir daha bəyan etmişdi. Kəndlərimiz Müzəffər Ali Baş Komandanın bir sözü ilə geri qaytarıldı. Prezident İlham Əliyev bütün məsələlərdə olduğu kimi, bunda da Azərbaycanın prinsipial mövqeyini qorudu. 19 aprel 2024-cü il tarixində sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın adıçəkilən kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edildi. Qısa müddətdən sonra isə həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçdi.

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyəti sayəsində əldə etdiyimiz bu tarixi nəticə bir daha göstərdi ki, əgər regionda müxtəlif təxribatlarla suyu bulandırmaq istəyən xarici qüvvələr, vasitəçi cildinə girmiş "araqarışdıranlar" olmasa, bir çox məsələləri yoluna qoymaq, dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq mümkündür. Azərbaycan və Ermənistanın arada heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlaması, prosesdə ilk ciddi nəticələrin əldə edilməsi bunun təzahürüdür. 

 

 

 

Sülh sazişi üçün əsas şərt

 

 

 

Azərbaycan daim etibarlı sülh uğrunda mübarizə aparır. Bunun üçün artıq müstəsna imkanlar da yaranıb. Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edən zaman Prezident İlham Əliyev iki ölkə arasında sülh sazişinin bağlanması ilə əlaqədar bir çox məsələlərə aydınlıq gətirdi və xüsusi diqqətə çatdırıldı ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir: "Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq".

Söhbət zamanı qeyd olundu ki, hazırda ikitərəfli səviyyədə daha yaxşı nəticələr görünür. Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində də razılıqlar əldə edilir. Hələ sülh müqaviləsi imzalanmasa da, lakin sərhədlərin delimitasiyasına artıq nail olunub.

Qlobal səviyyədə ölkəmizin diplomatik fəaliyyətinin şaxələndirildiyini deyən dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin olduğunu qeyd etdi və vurğuladı ki, bu sənədlərin çoxu torpaqlarımızın işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı bir dövrdə imzalanıb. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz.

Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Təəssüf ki, heç kim onlara zərrə qədər də irad tutmadu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər. "İndi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir"- Prezident İlham Əliyev vurğuladı. Daha sonra dövlətimizin başçısı qeyd etdi ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, dekabr ayında başlanılıb, yəni cəmi 6 aydır gedir. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası "Dağlıq Qarabağ" məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi.

Söhbət zamanı xüsusi vurğulandı ki, Ermənistan öz konstitusiyasında hökmən dəyişiklik etməlidir. Bu, sülh sazişi üçün başlıca şərtdir.

Qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında Azərbaycan Prezidenti bildirdi ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.

Bu gün Azərbaycan regionun lider dövləti, əsas söz sahibi kimi böyük bir tarixi missiyanı üzərinə götürüb. Bu, yaşadığımız coğrafiyada sülhün, davamlı inkişafın, insanların rifah və xoşbəxtliyinin təmin olunması deməkdir. Azərbaycan dövləti Prezident İlham Əliyevin strateji baxışı, qətiyyəti, doğru qərarlarla yaratdığı yeni reallıqlar sayəsində bu missiyanı da uğurla yerinə yetirməkdədir.  

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 7 iyul (¹ 140).- S.10.