Hakan
Fidan: Şuşa Vətən müharibəsində
Azərbaycanın şanlı
Qələbəsinin rəmzidir
Şuşa 44 gün
davam edən Vətən müharibəsində
Azərbaycanın qazandığı
şanlı Qələbənin
rəmzidir. Bu Zəfər naminə canlarını fəda edən müqəddəs
şəhidlərimizin xatirəsi
önündə ehtiramla
baş əyir, qazilərimizə hörmətimi
ifadə edirəm.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Şuşada
keçirilən Türk
Dövlətləri Təşkilatının
(TDT) Xarici İşlər
Nazirləri Şurasının
qeyri-rəsmi iclasındakı
çıxışında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Qarabağ müharibəsindən
sonra Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün
tarixi imkan yarandığını vurğulayan
nazir deyib: “Bu fürsət sadəcə bəzi ölkələr üçün
deyil, həm də hazırda bağlı olan kommunikasiyaların açılması
kontekstində Türk
dünyası da daxil olmaqla regional
və qlobal təhlükəsizlik baxımından
da əhəmiyyətlidir.
Azərbaycan ilə Ermənistan arasında davam edən danışıqların tezliklə
sülh sazişinin imzalanması ilə başa çatacağına
ümid edirik. Bu prosesdə Azərbaycanın güclü
qətiyyətini və
müsbət mövqeyini
xüsusilə təqdir
edirik. Bəzi Qərb ölkələrinin
Ermənistanı açıq-aşkar
himayə edən və Azərbaycanın problemlərinə məhəl
qoymayan qeyri-mütənasib
mövqeyindən məmnun
deyilik. Vurğulamaq istəyirəm ki, Türk dünyası bu prosesin uğurla
başa çatması
üçün qardaş
Azərbaycana tam dəstəyini sonunadək
davam etdirəcək”.
Türk dünyasının
beynəlxalq siyasətin
mühüm mərkəzlərindən
birinə çevrildiyini
diqqətə çatdıran
türkiyəli nazir qeyd edib ki,
qlobal güclərin rəqabətinin bizim regiona təsirini azaltmaq üçün səyləri birləşdirmək,
bütün imkanlardan
istifadə edərək
birgə rifah naminə fəaliyyət göstərmək lazımdır.
Onun sözlərinə
görə, regional əməkdaşlığın və müştərək
çalışmaların iki təməl prinsipi məhz bundan ibarətdir.
Hakan Fidan vurğulayıb ki, hazırkı dünya nizamında nüfuzlu platforma kimi möhkəmlənən TDT çərçivəsində
əlaqələri daha
da inkişaf etmək üçün yaxşı fürsət yaranıb. Təhsil sahəsində əməkdaşlığın
və gənclərlə
bağlı layihələrin
əhəmiyyətini qeyd
edən nazir əlavə edib ki, tez bir
zamanda vahid əlifba tətbiq edilməlidir.
Türkiyəli nazir
gündəliyin əsas
mövzularından olan
rəqəmsal texnologiyalar,
kommunikasiya, enerji, maliyyə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığı
daha da inkişaf
etdirmək üçün
lazımi hüquqi bazanın yaradılmasına
ehtiyac olduğunu da qeyd edib.
“Regionumuzda yaranan fürsətləri yeni kontekstdə dəyərləndirmək
lazımdır”, -deyə
Hakan Fidan vurğulayıb.
Azərbaycan.-2024.-
7 iyul (№ 140).- S.10.