"Qarabağı qurmağa, tikməyə gedirik"

 

 

Prezidentin çağırışına qoşulan gənc memar inşaatçılar ilk peşə fəaliyyətlərinə azad edilmiş ərazilərdə başlayacaqlar

 

 

 

Azərbaycan Memarlıq İnşaat Universiteti (AzMİU) tələbələrinin Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilən təntənəli "Məzun Günü" Ulu Öndər Heydər Əliyev torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad olunması ilə başladı.

Gənclərin dördillik tələbə həyatına son qoyduqları bu xoş günlərində onlarla birlikdə universitet rəhbərliyi, akademik heyət, rəsmi qonaqlar, məzunlar valideynlər iştirak edirdilər.

Mərasimdə çıxış edən, Əməkdar memar, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova iştirakçıları salamladıqdan sonra çıxışında xüsusi olaraq vurğuladı ki, rəhbərlik etdiyi kollektivin əsas məqsədi vətən üçün ləyaqətli vətəndaş, bacarqlı mütəxəssis yetişdirməkdir. "İnamla qeyd edə bilərik ki, biz istədiyimizə nail olmuşuq. Bu gün böyük tikinti, quruculuq meydanına çevrilən, gündən-günə gözəlləşən vətənimizin hər guşəsində məzunlarımızın, memarlarımızın gördükləri işlərlə qürur duymaqda haqlıyıq. İftixarla qeyd etmək istəyirəm ki, universitetimizin tələbəsi olmuş 50 nəfərə yaxın vətənpərvər gəncimiz Birinci İkinci Qarabağ savaşlarında canlarını vətən yolunda fəda edib. Onların əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq. Bu il məzun olan tələbələrdən 12 nəfər torpaqlarımızın azadlığı uğrunda döyüşərək qazi olub".

Azərbaycanın inkişaf edib güclənməsini vurğulayan professor Gülçöhrə Məmmədova qeyd etdi ki, bu gün AzMİU-dan məzun olan gənclərin bu işlərə böyük töhfə verəcəkləri şübhəsizdir: "Onların hər birinin müasir, yaradıcı, bütün yeniliklərə açıq, dünyada gedən proseslərə bələd olan gənc mütəxəssislər kimi azad edilmiş ərazilərimizin dirçəldilməsi işinə dəstək göstərəcəyinə əminik".

Professor G.Məmmədova məzunları ölkənin inkişaf etdirilməsi prosesinə fəal qoşulmağa çağırdı: "Müasir dünyada elm sürətlə inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar gənclər üçün böyük imkanlar yaradır. Müasir dövrün yeniliklərini dərindən mənimsəmək günümüzün tələbinə çevrilib. Fəal cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin kimi məzunların əlindədir. Prezident İlham Əliyev bizi inamlı addımlarla daha gözəl gələcəyə aparır bu yolda sizin kimi parlaq, savadlı, cəsur vətənpərvər gənclərə arxalanır. Hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, ölkəmizin daha da inkişaf etməsinə güclənməsinə çalışmalısınız. Əminik ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq ədalət təşkil edəcək. Bir daha məzun günü münasibətilə sizləri təbrik edir, gələcək işlərinizdə nailiyyətlər arzulayırıq. Yolunuz açıq olsun!"

Mərasimdə AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomları təqdim edildi. Eləcə təhsildə ictimai işlərdə fərqlənən tələbələr mükafatlandırıldılar.

Universiteti fəqlənmə diplomu ilə bitirən bir qrup tələbə ilə söhbət edirik. İnşaat fakültəsinin məzunu Fuad Cəfərli deyir ki, yolum Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edib, qurub-yaratdığı, cənnətə döndərdiyi Qarabağadır: "Vətən müharibəsi zamanı yaşım az olduğu üçün müharibədə iştirak edə bilməmişəm. Amma indi məqsədim bir mütəxəssis kimi, qəhrəman oğullarımızın can verib aldıqları torpaqda çalışmaqdır. Bir vətəndaş olaraq, arzum daş üstə daş qoymaq, gedən quruculuq işlərində iştirak etməkdir. Torpaqlarımızı düşməndən azad edən oğullarımız əmin olsunlar ki, bu gün onların vətənsevərlik ənənələrini ləyaqətlə davam etdirən gənclik var. Bu torpaqların hər qarışı cənnətə dönməyincə bizə rahatlıq yoxdur".

Söhbətə Memarlıq fakültəsinin məzunu Ramid Səlimov qoşulur: "Ulularımızın iz qoyduğu, qurub-yaratdığı, gənclərimizin can verib qan tökdükləri Qarabağda gedən quruculuq işlərində iştirak etmək ən böyük arzumdur. Şükür ki, indi o torpaqlara memar kimi gedirəm. Memarlıq olduqca maraqlı peşədir. Memarı yaşadan onun əməlləridir. Yurdumuzda olan qədim tarixi abidələrin üzərinə vurulmuş damğalarla bu yurdun yaşını, kimliyini, mədəniyyətini, tarixini dünyaya göstərə bilirik. Qarabağda olan tarixi memarlıq abidələri spesifik xüsusiyətləri ilə seçilən, tarixi kimliyimizi təsdiq edən daş yaddaşımızdır. Bu gün orada aparılan tikinti-quruculuq işlərində tarixi ənənə qorunur. Çalışacağıq ki, Qarabağda milli koloriti ilə fərqlənən, tarixi ənənələri yaşadan əsl memarlıq nümunələri yaradaq".

Memarlıq fakültəsinin məzunu Cəlil Eynullayev deyir ki, əgər yaxın keçmişimizdə bütün dünya Qarabağı "qaynar nöqtə", "müharibə gedən" bölgə kimi tanıyırdısa, bu gün orada böyük quruculuq, abadlıq, tikinti meydançası olduğunu görür: "İnsan doğulduğu vətənə fayda verməli, qurub-yaratmalı, özündən sonra iz qoymalıdır. Məqsədim Qarabağda gedən quruculuq abadlıq işlərində iştirak etməkdir. Orada görülən böyük quruculuq işləri barədə hər xəbəri eşidəndə xəyallarım məni düşməndən azad edilmiş o torpaqlara aparır. İndi gənc bir mütəxəssis kimi xəyallarımı gerçəkləşdirmək üçün Qarabağa gedirəm".

Memarlıq fakültəsinin məzunu Nəcibə Əliyarbəyova: "Uşaqkən valdeynlərimdən Qarabağ haqqında qorxulu nağıllara bənzər söhbətlər eşidərdim. Bu yaxınlarda Şuşaya getmişdim. Yolboyu erməni vandallarının torpaqlarımızda törətdikləri eybəcərliklərin şahidi oldum. Göz işlədikcə dağıdılmış, viran qalmış evlər, binalar... Digər tərəfdə isə quruculuq, abadlıq işləri gedir. Qəribə bir mənzərə idi. Adam gözü ilə görməsə inanmaz. Sanki möcüzə baş verirdi. Hər gün yeni bir bina boy atıb böyüyürdü. Hiss etdim ki, hər bir millət xarakterinə uyğun davranır. Ermənilər tarixdə Qarabağın dağıdıcısı, biz isə bu torpaqların əzəli əbədi sahibləri kimi qurucularıyıq. Bu prosesi görən hər bir vicdanlı insanın içində fikrimcə bir hiss, arzu yaranar, kaş mən bu quruculuqda iştirak edə biləydim. Universiteti fərqlənmə diplomu ilə bitirən memaram. Qarabağ öyrəndiklərimi praktikada tətbiq etmək üçün ən gözəl yerdir".

Memarlıq fakültəsinin digər xanım məzunu Nuray Nuriyeva söhbətə qoşulur:

"Qarabağ qəhrəmanlıq tariximizin canlı abidəsidir. Bütün dünya Azərbaycan əsgərinin Şuşa uğrunda necə qəhrəmanlıqla döyüşməsindən bəhs edir. İndi Qarabağ azaddır. Bu azad yurdu gülüstana döndərmək, biz gənclərin müqəddəs borcudur. Prezidentimizin sərkərdəliyi ilə azad edilib cənnətə döndərilən o torpaqlarda çalışmaq ən böyük arzumdur. Yolum Qarabağadır".

Ürəkləri arzu, sevgi dolu gəncləri dinlədikcə fərəhlənirik. Gözlərimiz önündə işıqlı, nurlu Qarabağda ucalan möhtəşəm binalar canlanır.

Tədbir isə davam edir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin komitə sədrləri Bəxtiyar Əliyev Hicran Hüseynova, deputat Aydın Mirzəzadə, Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəisi, professor Səbinə Hacıyeva, "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti İdarəetmə Xidməti"nin icraçı direktoru Övsət Həmidov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri professor Elbəy Qasımzadə, Dövlət Şəhərsalma Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Türkiyənin məşhur "PROYAPI" Mühəndislik Müşavirlik şirkətinin İdarə Heyəti rəhbərinin müavini Akif Aygen, "Turquoise" MMC-nin baş direktoru Ali İhsan Genç digərləri çıxışlarında məzunları təbrik edərək, uğurlar arzulayıblar.

Məzunların ənənəvi həyəcanlı "papaqatma" mərasimi keçirildikdən sonra gənc müğənnilərin musiqi qruplarının bir-birindən maraqlı çıxışları tədbir iştirakçılarında xoş ovqat yaratdı.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 7 iyul (№ 140).- S.13.